Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Ayxan Abbasovun çalışdırdğı komanda səfərdə Ukrayna ilə qarşılaşacaq.
Polşanın “Krakoviya” stadionunda təşkil olunacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Ötən tur səfərdə Fransaya 3 cavabsız qolla uduzan millimiz Ukraynadan xal və ya xallar almağa çalışacaq. Azərbaycan yığması qrupda ilk xalını da məhz bu rəqibindən alıb. 2-ci turun Bakıda keçirilən matçında komandalar 1:1 hesablı heç-heçə etmişdi.
Bu qrupun digər matçında isə İslandiya millisi Fransanı qəbul edəcək.
13 oktyabr
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
22:45. Ukrayna – Azərbaycan Baş hakim: Sebastian Gişamer “Krakoviya” stadionu