“Sabah Ülviyyə Əlinin doğum günüdür, 32 yaşı olur. İndicə aldığım məlumata görə Ülviyyə buna görə Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovdan görüş istəyib. Təcridxana rəhbəri görüşə icazə versə də, 11 oktyabr tarixində müəssisəyə yoxlama gələcəyini bəhanə edərək görüşə icazə vermədiyini deyib.
Bu səbəbdən Ülviyyə bu həftə sovqatsız qalıb, ailəsinin ad günü üçün gördüyü hazırlıqlar (yeməklər, tort və s.) hədər olub.
Bakı İstintaq Təcridxanası rəhbəri digər məhbuslara doğum günlərində ailələri ilə görüşə icazə versə də, Ülviyyəyə öncədən yalandan vəd edərək qərəzli davranış göstərib.
Şərləyib həbs etmisiniz, ailəsi ilə qeyd etməyinə icazə vermirsiniz, 1 saatlıq görüşə də dözə bilmirsiniz artıq?
P.S. Mənə verilən məlumata görə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov da bu işə razılıq verib.”
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, haqsız yerə həbs etdiyiniz insanlara əlavə əziyyət verməkdən əl çəkin.
Ülviyyə Əlini azad edin.
Cavid Ağa