25 C
Bakı
12 Oktyabr 2025 18:32
CəmiyyətTexnologiya

Azərbaycanda məktəb və bütün bağçalarda üztanıma sistemi tətbiq olunacaq

“Gələcəkdə məktəb və bütün bağçalarda “SİMA Access” üztanıma sisteminin tətbiqi planlaşdırılır”.

Bunu “AzIntelecom” MMC-nin kommersiya direktoru Fərrux Fərəcullayev Bakı Fintex Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən həll bağça sisteminə inteqrasiya olunub:

“Təhlükəsizlik baxımından xüsusi önəm kəsb edən “SİMA Access” həllimiz yenidir. Bu həll Elm və Təhsil Nazirliyi tərəfindən bağça sisteminə inteqrasiya olunub və çox uğurla həyata keçirilir. Bir qisim bağçalarda bu həyata keçirilməsinə baxmayaraq, həllin bütün bağçalarda, habelə məktəblərdə tətbiqi planlaşdırılır”. (Banker)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Dünyanın ən güclü pasportu açıqlandı

redaktor

Elgünlə bağlı buklet payladığına görə ictimai fəal Nicat Əmiraslanov 15 sutka həbs edilib.

admin

İsgəndər Cavadovun dili açıldı: AFFA rəhbərliyini yıxıb-sürüdü

admin