21 C
Bakı
11 Oktyabr 2025 13:22
DünyaMaraqlı

İki dünya müharibəsinin səbəbkarı olan ALMANİYA haqqında maraqlı məlumatlar.

Almaniya adı gələndə birinci növbədə dəqiqlik, intizamlıq, elm və texnologiyanın mərkəzi, Mercedes, BMW, Volkswagen və s kimi dünya avtomobil nəhəngləri yada düşür. Almaniya dünyada ən firavan və həyat səviyyəsinin ən yüksək olduğu ölkələrindən biridir. Adamlar özlərinə normal cəmiyyət qurublar və insan kimi yaşayırlar. Burada ABŞ kimi vəhşi kapitalizm hökm sürmür. Burada dövlət hər zaman insanların yanındadır və onlara kömək edir. Əgər qədim yunan Filosofu Platonu dirildib Almaniyaya gətirsəniz “utopiya” adlandırdığı xəyali cəmiyyətin məhz Almaniya olduğunu deyərdi. Ölkənin belə firavan və qanunların işlədiyi bir cəmiyyətə çevrilməsinin səbəblərdən biri sərt qanunlardır. Burada ciddi cərimələr var və onları çox az adam edir. Insanları zorla, döyə – döyə adam ediblər. Almanlar düşünür ki, insan nə qədər müasir dünyada yaşasa da, amma içində bir bioloji vəhşilik yatır. Ona görə də özbaşına buraxılsa nəsə oyun çıxarar.

Almanlar barədə hər nə qədər xoş sözlər desəm də, amma qəti bir irqçi olduqlarını danmaq mümkün deyil. Onlar özlərindən başqa digər xalqlara xüsusən də qeyri Hind – Avropa xalqlarına yuxarıdan aşağı baxırlar. Hətta Afrikanın Namibiya ölkəsini işğal edəndə deyirdilər ki, qara xalqlar sapiens növünün ən axırıncı nümayəndələridir, onlar Hind- Avropa xalqlarının inkişafına maneyə törədən bioloji ünsürlərdir. (Namibiya xalqının başına gətirilən oyunlarla bağlı Coğrafiya ensiklopediyası qrupunun arxivindən oxuya bilərsiniz)

Almaniyanın sahəsi 357 min kv km, əhalisi isə 83 mln nəfərdir. Almaniya tarixinə nəzər salsaq görərik ki, Böyük Coğrafi Kəşflər dövründən sonra sanki “dünya qonaqlığına” çox gec başlayıblar. Dünyada bütün gəlirli sahələri ingilis və fransızlar ələ keçirdiyi üçün Almaniya hərəkətə gəldi. Afrikada Namibiya, Kamerun, Yeni Qvineya kimi adaları işğal edib və orda böyük qətliamlar törədiblər. Bazarların ələ keçirildiyini görüb öz başına müttəfiqlər yığaraq 1-ci və 2-ci dünya savaşlarını törədiblər hər ikisində məğlub olublar.
2-ci dünya müharibəsində məğlub olduğu üçün ərazisi SSRİ, İngiltərə və ABŞ arasında bölünüb. Qərbi Almaniya ABŞ kapitalizmi altında yüksək inkişaf edib, Şərqi Almaniya isə mənfur sovet zülmü altında geridə qalmış bir yerə çevrilib (indinin özündə də Qərbi və Şərqi Almaniya arasında kəskin inkişaf fərqi var)

Şərqi Almaniya əhalisi qərbin inkişaf etdiyini görüb və qərbə doğru miqrasiya edib. Bunu görən SSRİ rəhbərliyi miqrasiyanın qarşısının alınması üçün Berlin divarı çəkib. Bu divar 1990-ci ildə yıxılıb və iki alman dövləti birləşib.

Paytaxtı Berlin şəhəridir, lakin Almaniya paytaxtını yeddi dəfə dəyişib. Müxtəlif dövrlərdə mərkəzi şəhərlər bunlar idi: Regensburg, Frankfurt, Nürnberq, Berlin, Veymar, Bonn və s. Yalnız 1990-cı ildən Berlin yenidən ölkənin paytaxtı oldu.

Almaniya bir nömrəli ixtiralar ölkəsidir, bu gün istifadə etdiyimiz bir çox faydalı əşyalar gün işığını Almaniyada gördü. Velosiped, diş pastası, aspirin, plastilin, ballistik raket, tank, morfin, fanta içkisi, tramvay, Rixter şkalası, çap maşını və s. Audio məlumatların rəqəmsal kodlaşdırılması üçün ən geniş yayılmış formatlardan biri olan mp3, 1980-ci illərin əvvəllərində alman alimi Karl Heinz tərəfindən hazırlanmışdır, o vaxtdan bəri audio məlumatları asanlıqla sıxışdırmaq, saxlamaq və ötürmək olur. Fanta qazlı içkisi 1940-cı ildə Almaniyada İkinci Dünya Müharibəsi zamanı icad edildi, ABŞ Coca-Cola istehsalı üçün şərbət də daxil olmaqla bir çox malların tədarükünə qadağa qoydu. Coca-Cola-nın Almaniyadakı bölməsinin rəhbəri alma posası və zərdabın mövcud komponentlərindən yeni məhsul yaratdı.

“Adidas” və “Puma” Almaniyada doğulmuş Dassler qardaşları tərəfindən təsis edilib. Qardaşlar şirkətlər arasında əsl “qan müharibəsi” apararaq, rəqabətə girib öz nəslini dünya brendləri ediblər.
Almaniya Bundestaqının toplaşdığı Reyxstaq binasının şəffaf günbəzi var. Xalqın hakimiyyətdən üstün olduğunu və hökumətin açıq olmasının simvoludur.
Almaniyada evsiz heyvan yoxdur, buradakı heyvanlar ciddi qanuni mühafizə altındadır. Almaniya konstitusiyasında heyvanlarla bağlı çoxlu maddələr var. Almaniyada heyvanlara qarşı zülmə görə 25 min avro cərimə, hətta həbs cəzası tələb olunur.
Uşağın velosiped sürə bilməsi üçün ilk sürücülük imtahanından keçməlidir. Övladları ibtidai məktəbin dördüncü sinfinə daxil olandan sonra onlara “velosiped vəsiqəsi” adlanan sənəd verilir.

Boden gölü Almaniyanın ən böyük və ən dərin gölüdür, sahəsi 536 kvadrat kilometr, maksimum dərinliyi 250 metrdir və eyni zamanda Almaniyanın hər il dünyanın hər yerindən milyonlarla turistin ziyarət etdiyi ən sevimli istirahət yerlərindən biridir.

1455-ci ildə çapın ixtiraçısı Con Qutenberq ilk kitabı çap etdirdi. Bu 42 səhifəlik İncil idi. İndi dünyada hər onuncu kitab alman dilindədir.
Almaniya dünyada gözlənilən ömür uzunluğuna görə birinci sıralarda yer alır. Kişilər orta hesabla 78 il, qadınlar 83 il yaşayır.
Almanlar çoxlu pivə içirlər, bu göstəriciyə görə onlar dünyada irlandlardan sonra ikincidirlər. Almaniyanın hər sakini orta hesabla ildə 119 litr pivə içir. Burada pivə hər gün səhər, günorta və axşam içilir. Necə deyərlər bizdə çay onlarda pivə:)
Reutlingen şəhərində eni 31 sm olan küçə var ki, buna görə də dünyanın ən darı kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Avropanın ən “güclü” pasportu Alman pasportudur. Alman pasportlarının xoşbəxt sahibləri dünyanın 170-dən çox ölkəsinə vizasız səfər edə bilərlər – bu, Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Almaniyada qanun həbsdən qaçmağa cəhdə görə əlavə cəza nəzərdə tutmur, çünki insanın azadlıq istəyinin təbii olduğuna və buna görə cəzalandırıla bilməyəcəyinə inanılır. Almaniyada baş verən cinayətlərin təxminən 80 faizi xarici vətəndaşlar tərəfindən törədilir.
Almaniyada bəzi magistral yollarda sürət məhdudiyyəti yoxdur. Belə yollardakı polislər qayda pozanları tuta bilmək üçün Ferrari kimi idman avtomobillərində növbətçilik edirlər. Burada sürücülük mədəniyyəti ən yüksək səviyyədədir.
Bazar günləri Almaniyada yanacaqdoldurma və dəmiryol stansiyalarında yerləşən mağazalar istisna olmaqla, bütün mağazalar bağlanır.
Almaniyanın əhalisi hər on ildən bir təxminən iki milyon azalır. Uşaq çatışmazlığı səbəbindən burada məktəblər hətta vaxtaşırı bağlanır.
Dünyanın ilk dövri nəşri hələ 1663-cü ildə Almaniyada nəşr olunmağa başladı.
Almaniya enerjiyə qənaət etmək üçün yay vaxtına keçən ilk Avropa ölkəsi olub. Bu, 1916-cı il aprelin 30-da, Birinci Dünya Müharibəsinin qızğın vaxtında baş verdi.
Amerikalıların ildə ev heyvanlarına xərclədikləri məbləğ Almaniyanın müdafiə büdcəsindən çoxdur. Almaniyada itlərə qulluq edən evsizlər onların saxlanması üçün müavinət alırlar.

Almaniyada keçirilən olimpiada oyunları sonda faciəyə səbəb oldu. Beləki, 1972-ci il sentyabrın 5-də Fələstinin “Qara sentyabr” terror təşkilatının bir neçə üzvü israilli idmançıları girov götürdü. Polis və Almaniya Federativ Respublikasının xüsusi təyinatlılarının qeyri-peşəkar işi nəticəsində 11 girov həlak oldu. Hadisənin növbəti günü 3 min iştirakçının və 80 min izləyicinin iştirakı ilə matəm mərasimi keçirildi.
Almaniyada 1500-ə yaxın kolbasa, 300-ə yaxın çörək, 5000-ə yaxın pivə növü var. Ölkədə bir neçə çörək muzeyi də var.

Alman pivəsinin tarixi 736-cı ildə, arpa şirəsi ilk dəfə Bavariyanın Geisenfeld şəhərində xatırlandığı vaxtdan başlayır. O vaxtdan bəri 1500-dən çox pivə yaradılıb.
Almaniyada spirtli içkilərin istifadəsindən fərqli olaraq ictimai yerlərdə siqaret çəkmək rəsmən qadağandır. Alman avtobanında yanacağınız bitdikdə cinayət məsuliyyətinə cəlb edilirsiz. Magistral yollarda dayanmağa yalnız fövqəladə hallarda icazə verilir, lakin bu boş çənə aid deyil. Belə bir qanun pozuntusuna görə sürücü cərimələnəcək, sürücülük vəsiqəsi isə 6 ayadək müddətə dayandırıla bilər.

 

Osman Eminov.

Tacxeber.com

Oxşar xəbərlər

Məlumatlı mənbə: İsrailə sərt cavab planı hazırdır

redaktor

“Kreml Köçəryana o halda üstünlük verəcək ki, o siyasi gücünü və reytinqini artıra bilsin” – Elxan Şahinoğlu

admin

Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır – Zurabişvili

admin