15 C
Bakı
05 Oktyabr 2026 09:57
DünyaGündəmHadisəMuharibəPlanet

ABŞ silahlı qüvvələri İranın əsas nüvə obyektlərinə GBU-57 tipli bunker əleyhinə bomba atıb.

NASA-nın müşahidə sistemləri Fordo yaxınlığında zərbələrdən təxminən 30 dəqiqə əvvəl güclü istilik artımı qeydə alıb.

“The New York Times” yazır ki, belə istilik siqnalları adətən böyük yanğınlar və ya partlayışlar zamanı müşahidə olunur.

 

Qeyd edək ki, bu gecə ABŞ silahlı qüvvələri İranın əsas nüvə infrastrukturlarına koordinasiyalı hücum həyata keçirib. Əməliyyat çərçivəsində Fordo şəhərində yerin dərinliklərində yerləşən nüvə obyektinə altı ədəd GBU-57 tipli bunker əleyhinə bomba atılıb. Bu bombalar yalnız B-2 Spirit bombardmançı təyyarələri ilə daşına bilir və hər birinin çəkisi 13 tondan artıqdır. Hər B-2 təyyarəsi iki belə bombanı daşımaq gücünə malikdir.

Bundan başqa, İranın İsfahan və Natanz şəhərlərində yerləşən digər iki nüvə obyektinə qarşı həyata keçirilən hücumlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin Ohayo sinifli sualtı qayıqlarından buraxılmış 30-a yaxın “Tomahawk” qanadlı raketindən istifadə olunub. (Yeniavaz)

 

Tacxeber.com

Oxşar xəbərlər

Nələr baş verir?

redaktor

Kiyevə qarşı terror zərbələri davam edir. Və bu, qətiyyən təsadüf deyil

redaktor

ABŞ qoşunlarının İraqdan çıxışı: strateji geriçəkilmə, yoxsa yeni oyunun başlanğıcı?

redaktor