31 C
Bakı
13 Avqust 2026 18:27
DünyaSiyasət

Dünən prezidentlər görüşdü, bu gün “Sputnik Azərbaycan”ın icraçı direktoru azadlığa çıxdı

Bakıda həbsdə olan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıxın azadlığa buraxıldığı bildirilir.

Bu barədə “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikov Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadən xəbər yayıb.

Uşakovun sözlərinə görə, bununla bağlı qərar Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində qəbul edilib.

Oktyabrın 9-da Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin görüşüblər.

“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktoru Yevgeniy Belousov polisin iyunun 30-da “Sputnik Azərbaycan” ofisində keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Onların həbsi iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində iki azərbaycanlının ölümü ilə nəticələnən Federal Təhlükəsizlik Xidmətinin reydindən sonra baş vermişdi.

“Sputnik Azərbaycan”ın azərbaycanlı əməkdaşları isə saxlanıldıqdan sonra azadlığa buraxılmışdılar. (ToplumTV)

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azərbaycan benzini İrəvanda, erməni malları Bakıda

redaktor

Təəssüf ki, almanların törətdikləri bu kütləvi qətllərdə azərbaycanlılar da iştirak etdilər

admin

ABŞ-ın təhlükəsizlik doktrinalarında Yaxın Şərq məsələsi

redaktor