23 C
Bakı
08 Oktyabr 2025 15:13
CəmiyyətŞikayət

Azərbaycanda qiymət artımı vətəndaşının sosial həyatının ayrılmaz atributuna çevrilib.

Aeroport taksilərinin qiymətini hökumət zorla, inzibati yollarla, bir sıra qanunları pozmaqla bahalaşdırdı. Söhbət qırmızı taksilərə yaşıl işıq yandırmaqdan gedir. Buna çoxdan hazırlıq gedirdi.

Bahalaşmadan öncə qırmızı taksilərə aeroportun qarşısında birinci xəttə dayanmaq icazəsi verilirdi. Digər taksilər nəinki birinci xəttə, heç 2 və 3-cü xəttə də buraxılmırdılar.

Taksi sürücülərindən bunun səbəbini soruşduqda dedilər qırmızı taksilər üçün üstün imtiyaz yaratmaq üçün bunu edirlər və əlavə etdilər ki, 2-3 xətlərdə dayanıb müştəri gözləmək üçün gərək 2-ci xəttə görə smen ərzində 100 manat, 3-cü xəttə görə 50 manat rüşvət ödəyəsən. Bu da sərf etmir.

Lakin bu “imtiyaz” yetərli olmadı.

Hökumət inzibatı yola əl atdı. Taksi şirkətlərinin aeroporta girişinə qadağa qoydu. İndi bütün müştəri sadəcə olaraq qırmızı taksilərdən istifadə etməyə məhkumdurlar. Dövlət taksi xidməti üzərində monopoliya yaradıldı və nəticədə aeroportdan şəhərə qiymətlər 3-4 dəfə bahalaşdı. Əvvəllər Aeroportdan Bakıya gəlmək üçün 8-10 manat ödəyən sərnişin indi qırmızı taksilərə ən azı 25-35 manat ödəməlidir.

Ən maraqlısı odur ki, dövlət taksilərin qiymət cədvəlin də elan etdi. Şəhərin hansı yerinə nə qədər ödəniş olmalıdır. Artıq sərbəst qiymət yoxdur. Bəs (vicdanlı) rəqabət məcəlləsi, anti-inhisar qanunu, liberal iqtisadiyyat və sair harada qaldı? Dövlət orqanları dövlətin resurslarından istifadə edib digər taksi şirkətlərinin fəaliyyətini məhdudlaşdırır. Yəni biz deyilik rəiyyət, bizlərə nə şəriət. Qayıdanbaş müştəri götürməsi qadağan edildiyi üçün bu bahalaşmadan sonra taksi şirkətləri aeroporta müştəri aparmağı da azaldıb və ya bahaşlaşdırıb.

Yeri gəlmişkən hökumətin müdaxiləsi ilə ölkədə taksi qiymətləri 2024-cü ilin aprel ayında bahalaşmışdı. Dövlətin işi ucuzluq yaratmaq olduğu halda, bizdə bu iş əksinə baş verir. Şəhər nəqliyyat qiymətlərinin 20 faiz artırılması da bu qəbildəndir. Nəzərə alınsa ki, sərnişinlərin yarıya qədəri mənzil başına çatmaq üçün 2 və daha artıq nəqliyyatdan istifadə edir, bu 20 faiz gəlir çıxır 40 və daha artıq faizə. 2025-ci ilin büdcəsində 4,5 milyard manat profisit yaranıb, amma qiymət artımı Azərbaycan vətəndaşının sosial həyatının ayrılmaz atributuna çevrilib.

Cəmil Həsənli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Mövcud şərait bölmələrimizin nəzarəti altındadır – MN

redaktor

“Toyda ifa edirlər, özbaşnalıqdır…” – milli musiqi alətlərimizə müdaxilə edənlər kimlərdir? – FOTO+ÖZƏL

redaktor

“Abzas Media işi”nin əsassız və qurama olduğunu göstərən 15 hal

admin