İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonərin çadranın (hicab) məcburi olmasını təmin edən qanunun icrası artıq hüquqi nöqteyi-nəzərdən mümkün olmaması, hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcəyi haqqında açıqlaması çox böyük əks-səda doğurub.
Bu da təsadüfi deyil. Çünki, bu hadisə İslam İnqilabından sonra başlayan mərhələnin sona çatmaqda olduğunun bariz göstəricisidir. Məcburi hicabdan imtina edilməsi ilə İran İslam Respublikasının dünyəvi dövlətə çevrilməsinin başlanğacıdır.
İranda aparılmış bir araşdırma cəmiyyətin 72 faizinin qadınların hicab taxmasını məcburi edən qanunun əleyhinə olduqlarını üzə çıxarmışdı. İndi şəriət cəmiyyətin böyük əksəriyyətinin iradəsi qarşısında geri çəkilməyə başlayır.
Qeyd etmək istəyirəm ki, İranın ali lideri Ayətullah Əli Xamenei çadranın dini məcburiyyət olduğunu, buna görə ləğv edilməsinin müzakirə mövzusu olmayacağını son illər bir neçə dəfə bəyan edib. Əli Xameneidən fərqli olaraq Prezident Məsud Pezeşkian məcburi hicaba qarşı idi. Prezident Məsud Pezeşkian İran parlamenti tərəfindən qəbul edilən “ictimai yerlərdə saçlarını örtməyən” qadınlara qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalamaqdan imtina edərək, zorla heç bir nəticə əldə edilə bilməyəcəyini bəyan etmişdi.
Çadranın dini məcburiyyət olması məsələsində dünyadakı bütün şəriətçilərin mövqeyi İran rejimi ilə üst-üstə düşür. Hətta İran rejimindən radikal yanaşmalar da var. Quranın “Nur” surəsinin 31-ci və “Əhzab” surəsinin 59-cu ayələrinə istinad edilərək formalaşmış şəriət çadranın dini məcburiyyət olmasını diqtə edir. İranın bu məcburiyyətdən imtina etçəsi isə təsadüfi deyil.
Birincisi, İranın tarixində belə bir president var. Təxminən yüz il öncə, 1928-ci ildə İran parlamenti hicabın qadağan edilməsi barədə qanun qəbul etmişdi. Həmin qanunun qəbulundan təxminən yüz il sonra İranın eyni yerə qayıtması bu çoğrafiyanın fəlakətli taleyinin ən barzi nümunəsidir.
İran cəmiyyətinin hakimiyyətin son güzəşti ilə kifayətlənməyəcəyini söyləmək olar. Çünki, İtan cəmiyyətinin cəmiyyətin 20 faizindən çoxu ateistdir. Bu Türkiyə ilə müqayisədə İranda ateistlərin sayının 2.5 dəfə çox olması deməkdir. İran cəmiyyətinin 78 faizi Allahın varlığına inansa da, 48 faizi isə cənnət və cəhənnəmə inanmır. İslam dininə görə, hər bir müsəlman qiyamət gününə, məhşərə, hər kəsin Allah qarşısında hesab verəcəyinə, cənnətə və ya cəhənnəmə göndəriləcəyinə inanmalıdır. Cənnət və cəhənnəmə inanmayan İslamın təməl şərtini inkar etmiş olur. Bununla faktiki olaraq Quranı və peyğəmbərləri də inkar edir.
Çadranın məcburi olmasından imtina edilməsi ilə İran yeni bir mərhələyə qədəm qoyur. Bu yalnız 1979-cu ildə bərqərar olmuş İslam dövlətinin sona çatması deyil. Bu İranda şəriətin başa çatmasının başlanğacıdır. Çadranın və bütövlükdə dini prozelitizmin qadağan ediləcəyi gün də uzaqda deyil.