21 C
Bakı
04 Oktyabr 2025 19:44
CəmiyyətGündəmŞikayət

Siyasi məhbus Tofiq Yaqublu niyə müalicə edilmir?

Bu gün atanın zəng günü idi. Telefonla danışanda onun yenə müayinə edilmədiyini öyrəndim.
Bildirdi ki, dünən ona qəbul etməsi üçün adını bilmədiyi 3 dənə tablet veriblər. Hansı ki, cəmi 3 gün qəbul etməlidir. Bir də sistem köçürüblər.

Qeyd edim ki, Tofiq Yaqublu təxminən 2 ay bundan əvvəl müayinə olunmuşdu və heç bir müalicə aparılmamışdı onda. İndi də heç bir müayinə olunmadan gətirib bir sistem köçürüblər və 3 dənə də tablet veriblər. Bu nə deməkdir? Bu nə başdansovdu müalicədir? 2 aya xəstəlik formasını dəyişə bilər. Əvvəlcə onu müəyyən etmək lazımdır. Bunun üçün isə MRT mütləqdir. Nə deyirsiniz, o boyda müalicə müəssisəsində MRT aparatı yoxdurmu? Əgər yoxdursa, bu nəyin tibb müəssisəsidir?

Mən sadəcə olaraq atanın səhhətindəki ciddi problemi açıq yaza bilmirəm. İndi saxlanıldığı müəssisə isə xəstəliyin necə ciddi olduğunu və vaxtında müayinə və müalicə edilməzsə, çox pis nəticəsi olacağını da bilir.
Bu gün Tofiq Yaqublunun müayinə edilməsi üçün həm Penitensiar Xidmətə, həm də Tibb Baş İdarəsinə rəsmi müraciət etmişəm. Ümid edirəm ki, bir nəticəsi olacaq.

Tofiq Yaqublunun səhhətinə bu cür “diqqət” bir daha onu göstərir ki, bu, məqsədli şəkildə edilir. Tofiq Yaqublunun səhhətinin daha da pisləşməsini və geridönməz hal almasını gözləyirlər. Yəni, ölümü. Açıq-aşkar Tofiq Yaqubludan qisas alırlar.

Qisas almayın, öldürməyin!
Müayinə və müalicə edin!

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Tofiq Yaqublunun həyatına görə məsuliyyət daşıyırsınız!

Nigar Həzi

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kim Çen Inın bacısı: Həddindən artıq hürürlər, məhv edəcəyik

redaktor

Çoxmərtəbəli binalar insan nəslini kəsmək üçün tikilib

redaktor

Afətdən yeni müğənnilərə tövsiyə: “Səviyyəsiz mahnı oxuyun, qaz-vurub, qazan doldurun”

admin