Mərkəzi Bank, əvvəlki illərdən fərqli olaraq, bir neçə istiqamətdə yeni hesablamalar, proqnozlar, araşdırmalar təqdim edir – yaxşı təşəbbüsdür, davamı gəlsin.
Mərkəzi Bank metadalogiyasını açıqlamasa da (hesablama “düsturları” maraqlıdır), elan edib ki, Bakı şəhərində maaşla mənzil almaq üçün 217 ay, yəni, 18 il 1 ay işləmək lazımdır. Maraqlı məlumatdır, çox güman, dünya ölkələrinin Mərkəzi Bankları eyni metadologiyadan istifadə edirlər.
Cənubi Qafqaz ölkələrinə baxanda yenə sonuncuyuq: Tbilisidə maaşla mənzil almaq üçün 12-14 il, İrəvanda 9-11 il işləmək lazımdır.
Avropa ölkələrinə baxsaq yenə ən sondayıq: Avropada ən pis göstərici Serbiyadadır – 16,8 il, ən yaxşı vəziyyət isə İslandiyadadır – cəmi, 5,6 il.
Bu o deməkdir ki, Azərbaycanda maaşlar az, mənzillərin qiyməti isə bahadır. Qazanc az olanda qiymət aşağı olmalıdır, qiymətlər yuxarıdırsa, biz çox qazanmalıyıq. Bir çox sahədə olduğu kimi, bu məsələdə də məmləkətdə məntiq, iqtisadi qanunlar işləmir…
Natiq Cəfərli