16 C
Bakı
30 Oktyabr 2026 03:23
DünyaHadisəMaraqlı

Belə getsə, taliban rejimi “tarixi-nadir” kitabında birinci yerdə qərarlaşacaq.

Talibanın “sərgüzəşti-gəşti–hoqqaları” təkcə qadınlarla bağlı anormal qadağalarla bitməyib, yeri gəlmişkən şahmat oyunu da Əfqanıstanda qadağandır. Taliblər interneti kəsiblər. Sentyabrın sonuncu günü əfqanlar səhər yuxudan oyananda görüblər ki, həyativacib xidmətlər iflic olub.

– Bank əməliyyatları, onlayn ödənişlər və təhsil. Yeri gəlmişkən, onlayn təhsil qadın və qızlar üçün nəfəslik idi.

–Kabilin hava limanı bomboş olub – gediş-gəlişlərin izi-sorağı qalmayıb. Uçuşları izləyən Flightradar24 xidməti reysləri “naməlum” statusunda göstərib.

–Xaricdə yaşayan əfqanlar Əfqanıstandakı qohum-əqrəbaları ilə əlaqə qura bilmirlər. Ölkə büsbütün ətraf mühitdən təcrid olunub.

–BBC xəbər verir ki, taliban hökuməti ölkədə əxlaq və mənəviyyatı “qorumaq” üçün artıq bir neçə həftədir ki, məqsədli şəkildə internet daşıyıcılarını kəsməklə məşğul olub. Əyalətlərdən başlanan proses bazar ertəsi paytaxtda başa çatıb.

Taliban rejimində internetin tamamilə kəsilməsi Əfqanıstanın tarixində ilk hadisədir.

Belə getsə, taliban rejimi “tarixi-nadir” kitabında birinci yerdə qərarlaşacaq. Belə rejimlə əlaqələr qurmaq, əməkdaşlıq etmək özünə hörmətsizlikdir.

Arzu Qaziyeva

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammitinə getmədi

redaktor

Türk ailəsində bu qədər küsülü qalmaq olarmı?

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – V hissə

redaktor