18 C
Bakı
02 Oktyabr 2025 12:37
DünyaHadisəMaraqlı

Belə getsə, taliban rejimi “tarixi-nadir” kitabında birinci yerdə qərarlaşacaq.

Talibanın “sərgüzəşti-gəşti–hoqqaları” təkcə qadınlarla bağlı anormal qadağalarla bitməyib, yeri gəlmişkən şahmat oyunu da Əfqanıstanda qadağandır. Taliblər interneti kəsiblər. Sentyabrın sonuncu günü əfqanlar səhər yuxudan oyananda görüblər ki, həyativacib xidmətlər iflic olub.

– Bank əməliyyatları, onlayn ödənişlər və təhsil. Yeri gəlmişkən, onlayn təhsil qadın və qızlar üçün nəfəslik idi.

Kabilin hava limanı bomboş olub – gediş-gəlişlərin izi-sorağı qalmayıb. Uçuşları izləyən Flightradar24 xidməti reysləri “naməlum” statusunda göstərib.

Xaricdə yaşayan əfqanlar Əfqanıstandakı qohum-əqrəbaları ilə əlaqə qura bilmirlər. Ölkə büsbütün ətraf mühitdən təcrid olunub.

BBC xəbər verir ki, taliban hökuməti ölkədə əxlaq və mənəviyyatı “qorumaq” üçün artıq bir neçə həftədir ki, məqsədli şəkildə internet daşıyıcılarını kəsməklə məşğul olub. Əyalətlərdən başlanan proses bazar ertəsi paytaxtda başa çatıb.

Taliban rejimində internetin tamamilə kəsilməsi Əfqanıstanın tarixində ilk hadisədir.

Belə getsə, taliban rejimi “tarixi-nadir” kitabında birinci yerdə qərarlaşacaq. Belə rejimlə əlaqələr qurmaq, əməkdaşlıq etmək özünə hörmətsizlikdir.

Arzu Qaziyeva

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ŞOK hadisə – Rusiyanın Nüvə Bazalarının Sxemləri internetə sızdırıldı

admin

Məşqdə ölən 7 yaşlı Fəridin fotosu

redaktor

Trampdan yeni QƏRAR

redaktor