Qanunsuz fəaliyyətlə görə 3 ictimai şəxs, xeyli də yaşları olan: “ Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondu rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.
Bu təşkilatların ofislərində əməliyyat axtarışla dövlət əhəmiyyətli xüsusi günlər və əlamətdar hadisələri özündə əks etdirən 1500 medal və orden, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif saxta möhür, predmet aşkar edilib, götürülüb. Və bu şəxslər CM üzrə istintaqa cəlb ediliblər
Dəhşətdir və biyabırçılıqdır, bu yaşda və yəqin ki, ali təhsilli, ailə-uşaq və bəlkə nəvə başçıları pula görə saxtakarlığa, dələduzluğa baş vurur. Hərəsi də bir “xeyirxah” ictimai təşkilat açaraq. Bunların ixtisası yoxdurmu işləyib qazansınlar?Saytlara baxırsan, ölkədə saxtakarlıq, aldatma.
Hər ölkənin bu saat bir qabarıq ictimai xəstəliyi var. Məsələn, Almaniyanınkı bürokratiya, sənəd və qərar qəbulunda vaxtı uzatqmadır. Rusiyada içki-alkoqolizmdir, İranınkı dini cəhalətdi. Bizim Azərbaycanı bürüyən, böyüklü-kiçikli qalstuklu- qalstuksuz bir-birini aldatmaq, dələduzluqdur! Və statistikaya da baxırsan, ən çox cinayət işi ölkədə dələduzluq əməlləri, ittihamı üzrə gedir.
Bunun hamısının da cəmiyyətə yayılan nümunə və kökü məmur oğurluq-korrupsiyasındadır. Bu ziyankar əməli adiləşdirən mənbədə. Ona görə ölkədə mütləq, korrupsiyanın kökü kəsilməlidir!