17 C
Bakı
01 Oktyabr 2025 12:58
DünyaGündəmSiyasət

Rusiyanın ucuz qaz siyasətinin 110 milyard dollarlıq itkisi

Putin Ukraynaya qarşı cinayətkarcasına axmaq müharibəsi ilə Rusiyanı Çinin gerçək vassalına çevirib. Əgər Rusiya dövlət başçısı Çinin həqiqi casusu olsaydı, Moskvanı Pekindən bu qədər asılı sala bilməzdi.

Rusiya ötən il Çinə təbii qazı Avropa və Türkiyəyə satdığından 29 faiz ucuzuna satıb. Lakin rəsmi Pekin buna qane olmayaraq vassalından qazın qiymətini daha da aşağı salmağı tələb edib. Çinə etiraz etməyə heç bir gücü qalmayan Rusiaya da dərhal ağasının sözünə əməl edib. Bu il Rusiya Çinə qazı 38.1 faiz endirimlə satır. Belə ki, Rusiya Türkiyəyə qazın 1000 kubmetrini 401.9 dollara satdığı halda, Çinə 248.7 dollara satır.

Rusiya  İqtisadi İnkişaf Nazirliyinin baza proqnozuna əsasən qarşıdakı üç ildə Türkiyə və Avropa ölkələrinə ixrac üçün qazın orta qiyməti 1000 kubmetr üçün 356.7 dollar təşkil edəcəyi halda, Çin üçün növbəti üç ildə qiymət 243.6 dollar təşkil edəcək.

Rusiya  İqtisadi İnkişaf Nazirliyinin baza proqnozunda əksini tapan bu rəqəmin dəyişib-dəyişməyəcəyi Pekinin mövqeyindən asılıdır. Əgər 243.6 dollara Çini qane etməsə, Rusiyada qiyməti bir qədər də aşağı salacaq. Rusiya Çinə  “Sibirin gücü” kəməri ilə 30 ildə bir trilyon kubmetr qaz  ixrac etməyi planlaşdırır. Hazırkı qiymətlərin qalacağı halda Rusiyanın itgisi 110 milyard dollardan çox təşkil edəcək.

Çinin sosial şəbəkələrində iki ildən çoxdur ki, Rusiyanı “zəif qaz” (菜鹅) adlandırmaları da Rusiya xalqında özünə hörmət hissin oyada bilməyib. Dünyada bu qədər özünə hörmət qoymayan ikinci bir toplum yoxdur.

Ağlı başında olan hər kəs aydın görür ki, Çin liderləri dahi Den Syaopinin “Gücünüzü gizlədin. Vaxt qazanmağa çalışın” düsturuna əməl edərək uzun illər Rusiyanı bərabər hüquqlu etibarlı tərəfdaş olduğuna inandıraraq özündən tam asılı salıb. İndi isə həmin etibarlı tərəfdaş Rusiyanın maliyyə dəstəyinə ehtiyacı olduğu bir vaxtda neft və qazı böyük endirimlə alaraq Moskvanın boğazındakı kəndiri daha da daraldaraq onun nəfəs almasını da özündən asılı salır.

Çin yeni dünya düzəni ilə bağlı ABŞ-la razılığa gəldiyi gün Rusiyanın boğazındakı kəndiri çəkərək onu boğub öldürəcək.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Kiyevdə ukraynalı polkovniki qətlə yetirənlər zərərsizləşdirildi

redaktor

Tramp: İsrailə “Dur” demək artıq çox çətindir

redaktor

Araz Əlizadə vəfat etdi

redaktor