23.1 C
Bakı
08 İyun 2026 11:43
CəmiyyətDigər

Bu çaylarda təhlükəli kimyəvi maddələr AŞKARLANDI: marketlərdən yığışdırılır

2025-ci ilin ilk səkkiz ayında Rusiyada aparılan yoxlamalar zamanı 111 tondan çox pestisidlərlə çirklənmiş çay aşkarlanıb.

Məlumatı “İzvestiya” qəzeti yayıb.

Mütəxəssislər 57 mindən artıq çay nümunəsini analiz ediblər. “Tess”, “Greenfield”, “Rus Tea Company”, “Zolotaya Çaşa”, “Beseda” kimi tanınmış brendlərdə təhlükəli kimyəvi maddələr tapılıb. Araşdırmalar nəticəsində ölkənin yeddi böyük istehsalçısının məhsullarında pozuntular müəyyən edilib: Universal Food Technologies, Orimi, RChK-Trading, United Tea Company, Shennong, Symphony və Ryazan Çay Qablaşdırma Fabriki.

İctimai İstehlakçı Təşəbbüsünün rəhbəri Oleq Pavlov məsələ ilə bağlı Baş Prokurorluq və hökumətə müraciət edərək, qanun pozucularının məsuliyyətə cəlb olunmasını tələb edib. Pestisidlərin insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı vurğulanır. Rospotrebnadzor isə təhlükəli məhsulların artıq dövriyyədən çıxarıldığını açıqlayıb.(Milli.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bir ətək pulu cibinə qoyub getdi – Rövşən Nəcəfin 600 min dollarlıq səhvi

admin

Afərin Qarabağ! “Benfika” üzərində bu möhtəşəm qələbə hamı kimi məni də çox sevindirdi

admin

“Həbs etdiyiniz insanlara əlavə əziyyət verməkdən əl çəkin”

admin