16 C
Bakı
27 Aprel 2026 10:57
Cəmiyyətİqtisadiyyat

Azərbaycanın regiondakı iqtisadi payı 75 faizə bərabərdir?

Milli Məclisin keçmiş deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib ki, Azərbaycanın regiondakı iqtisadi payı 75 faizə bərabərdir.

Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatındakı payının ən yüksək göstəricisi 2014-cü ildə olub ki, bu zaman da müvafiq göstərici 71.8% idi.

Cənubi Qafqazın ümumi daxili məhsuluna görə payına görə Azərbaycan digər iki ölkəni üstələsə də, bu göstərici yalnız 55,6 faiz olub.

Adambaşına düşən ÜDM-ə görə isə Azərbaycan digər iki ölkədən geri qalır:
Azərbaycan: 7283 dollar
Ermənistan: 8500 dollar
Gürcüstan: 9193 dollar

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Rüfət Quliyevin səsləndirdiyi iddia yanlışdır.

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Vəkil Zabil Qəhrəmanov saxlanıb

admin

Zamirə Hacıyevanın sərvət dəyərindəki qızılları özünə qaytarılır

admin

Bakının küçələri yağış sularına qərq oldu – Fotolar

admin