19 C
Bakı
30 Sentyabr 2025 13:55
CəmiyyətİdmanQalmaqal

Ayxan Abbasov milliyə baş məşqçi təyin edilib, amma…

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf A milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb.

Görüşlə bağlı AFFA-nın saytında qeyd edilir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Tacxeber.com xəbər verir ki, rəsmi açıqlamadan göründüyü kimi, Ayxan Abbasovun A milliyə mümkün təyinatına dair xəbərlərlə bağlı əlavə məlumat verilməyib. Bununla belə, QOL.az saytına bəlli olub ki, Ayxan Abbasov milliyə baş məçqçi təyin edilib. Amma konkret hansı müddətə və neçə oyunluq, bax, bu haqda federasiyadan məlumat almaq hələlik mümkün olmayıb.

 

Tacxeber.com

Bizimlə əlaqə: Tacxeber.com

Oxşar xəbərlər

“Azercell” yenə qiymət qaldırdı.

admin

Messi “Qızıl top”u azarkeşlərə təqdim etdi

redaktor

İnsan hansı dövrlərdə daha sürətlə qocalır?

admin