CəmiyyətGündəmSağlamlıq

“İnstaqramı döndəriblər ginekoloji stola”

Aparıcı Rövşanə Ağasəfqızı ginekoloqları sosial media hesablarındakı paylaşımlarına görə tənqid edib.

Tacxeber.com xəbər verir ki, bu barədə aparıcı instaqram hesabında yazıb:

“Bəzi həkimlər lap ağ ediblər. Abır-həya qalsın, kimisə bu şəkildə göstərmək tərbiyəsizlikdir sadəcə. Ayıbdır vallah. Nə edirsiniz, edin, daha bunu gözümüzə soxmayın. Ərin xəyanət etməyəcək nə deməkdir? Belə çıxır ki, bu prosedurlardan keçməyənlərin əri ucdan tutma xəyanət edir? Abrınız olsun! Çörəyiniz çıxan orqanı belə urvatsız etməyin!

Vallah kişilərdə qadına maraq qalmayacaq. Hər şey ortadadır. Bir tikə çörək yemişdik, ürəyimiz çıxdı ağzımıza. Kimin harasından nə axır nəyimizə lazımdır? Ginekoloqların çoxunun paylaşımlarından ifrazat qoxusu gəlir. İnstaqramı döndəriblər ginekoloji stola. İsmin bütün hallarını beldən aşağı işlədirlər. Nə qədər iyrənc…”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qəhvə iki sağalmaz xəstəlikdən QORUYUR

redaktor

Səhərlər niyə yuxudan doymuruq? – Səbəblər və həlli

redaktor

Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə saxlanıldı

redaktor