12 C
Bakı
29 Mart 2026 19:12
DünyaSiyasət

Ukrayna Rusiyadakı neft nasos stansiyasını sıradan çıxarıb.

Sentyabrın 27-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz təyyarələri Rusiyanın Çuvaş Respublikasında yerləşən Tinqovatovo neft nasos stansiyasına hücum edib. RBC-Ukrayna SBU daxilindəki mənbələrə istinadən xəbər verir ki, obyekt müvəqqəti olaraq sıradan çıxıb.

“Sentyabrın 27-nə keçən gecə SBU-nun “A” Xüsusi Əməliyyat Mərkəzinin uzaqmənzilli dronları Çuvaş Respublikasının Konar kəndində Ukraynadan min kilometrdən çox məsafədə yerləşən Tinqovatovo neft nasos stansiyasını hədəfə alıb”, – mənbə izah edib.

Onun sözlərinə görə, dəymiş ziyanın qiymətləndirilməsi başa çatana qədər stansiyanın fəaliyyəti dayandırılıb. Çuvaşiyanın rəhbəri də hücumu təsdiqləyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Əli İnsanovdan müxalifətə SƏRT SÖZLƏR: “30 ildə nə etmisiniz? Susun, İlham Əliyev işini görsün”

redaktor

“Ukrayna nüvə silahından əl çəkməməli idi” – Zelenski

redaktor

Türkiyə 15 yaşdan kiçik uşaqların süni intellektdən istifadəsini qadağan edəcək.

redaktor