10 C
Bakı
18 Fevral 2026 14:36
CəmiyyətQalmaqalŞikayət

AzTV kollektivindən şəhidlərə sayğısızlıq.

AzTv belə bir həssas gündə xalqı ələ saldı.

Deməli Aztv-nin facebook səhifəsində belə bir paylaşım edilib.

Belə ki, 27 sentyabr 44 günlük müharibənin 5-ci il dönümü ilə əkaqədar AzTV kollektivi Heydər Əliyevin abidəsini ziyarət edib məzarı önünə əklil qoyulmasını paylaşıblar.

Lap yaxşı ediblər. Belə bir ziyarət üçün ilin 365 günü, Heydər Əliyevin doğum günü, vəfat tarixi var. Amma 27 sentyabrla nə əlaqəsi var axı? Dövlət televiziyası adına bu nə hərəkətdir?

Ay Rövşən Məmmədov, Heydər Əliyevin məzarını ziyarət etmisiniz, lap yaxşı. Paylaşdığınız fotoların arasında bir nəfər də olsun şəhidimizin fotosu yoxdur. İki addımlıq yoldur şəhidlər xiyabanına. Gedib şəhidlərimizin məzarlarını ziyarət etmək bu qədərmi çətindir sizin üçün? Xalqa zərrə qədər hörmət etmədiyinizi yəqin bilirik. Şəhidlərimizin ruhuna qarşı hörmətsizlik etməyə sizin nə haqqınız var?!

Əziz Məmiyev

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Etirazçılar Eldar Mahmudovun Nardarandakı villasının qarşısına toplaşdılar – FOTOLAR

admin

Kişilərə 14 günlük ödənişli məzuniyyət

redaktor

BAKIDA HƏBSXANAYA XÜSİSİ TƏYİNATLILAR YERİDİLDİ – 10 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib.

admin