16 C
Bakı
27 Sentyabr 2025 22:24
CəmiyyətSiyasət

Tarixin dərsləri. (Düşünmək üçün)

Qısa bir xatırlatma, 2022-ci il fevral ayında belə bir yazı yazmışdım, sitat: “Son zamanlar neft qiymətlərinin kəskin artımı ciddi müzakirə mövzusuna çevrilib, bəzi populist və mənasız fikirləri kənara qoyub normal təhlil etsək görərik ki, “neftin bizə nə xeyri var e”, kimi fikirlər zərərlidir, yanlışdır. Problem neftdə deyil, problem qeyri-şəffaf hökumətdədir. Yəni, “neftin bizə nə xeyri var e”, kimi populist yanaşma doğru deyil, neft olmasaydı, ölkə batardı, abrımızı örtən neftdir. Ölkənin qazandığı hər 10 dollardan 8 dollar 80 senti neftə görədir, sözün qısası, neftə dəxli olub-olmayan bütün vətəndaşların cibində olan hər 10 dolların 8 dollar 80 senti neftə görədir. Neft-qaz sərvətimiz, həm də bəlamızdır, hökuməti tənbəlləşdirən əsas amildir.

Yeni iqtisadi modelə keçid üçün yeni idarəetmə modeli olmazsa-olmazdır. Bunu birdəfəlik anlamaq, yeni siyasi və idarəetmə modelinə acil keçid etmək lazımdır. Yeni idarəetmə modeli isə ancaq yeni Konstitutsiyadan doğa bilər, populizmi, “neftdən hökumət bizə daha çox pul versin” kimi sonu dalana dirənəcək (bu hissəsyə indi, 2025-in sentyabrında diqqətlə fikir verin) yanaşmaları kənara qoyub yeni Konstitutsiyanın yazılması, ictimai müzakirəsinin təşkili üçün hamımız əlimizi daşın altına qoymalıyıq, ölkənin əsas müzakirə mövzusu məhz bu olmalıdır”. (Bir daha, rəqəmlər və fikirlər 2022-ci ilin 6 fevral tarixinə, yəni, təxminən, 1000 gün öncəyə aiddir – linki şərhlərdə olacaq).

Bu yazıya, publik çıxışa görə məni “əsgi müxalifətin” savadsız nümayəndəyəri söydülər, təhqir etdilər, həmişəki kimi qara yaxdılar ki, “görürsünüz, Cəfərli hökuməti tərifləyir və deyir ki, neftdən hamıya pay düşür”. Hökumətin özü qaldı qıraqda, 30 ildir pultu əlində olanları üzərimə saldılar. Nə isə, sözüm o deyil, sadəcə, xatırlatmaq istədim.

Hə dostlar, “1001 gecə nağılı” indi bitdi, neft gəlirləri azalır, sistem isə dəyişmədi, ona görə də, hökumət öz bacarıqsız iqtisadi siyasətinin yükünü vətəndaşa yükləmək yolunda böyük addımlarla irəliləyir. Vergilər, cərimələr artır-artacaq, Tarif Şurası (yəni, hökumət) tərəfindən tənzimlənən qiymətlər qalxır-qalxacaq, çünki, illərdir xəbərdarlıq etdiyimiz vəziyyət yetişdi – neft gəlirləri kəskin azalır, daha da azalacaq, ölkənin xərcləri isə artır, daha da artacaq.

Hörmətli hökumət, dünyada bir qızıl qayda var – siyasi və ictimai azadlıqları məhdudlaşdıran dövlətlər mütləq iqtisadi azadlıqları artırır ki, vətəndaşlar daralan azadlıqlarını iqtisadi fürsətlərlə kompensasiya etsin (məsələn, Sinqapur modeli). Digər yol da var, siyasi-ictimai haqları daraldıb, əvəzinə sosial haqlar paylayırsan – məsələn, SSRİ kimi, pulsuz mənzil, maşın verirdilər, sanatoriyalara dincəlməyə göndərirdilər, təhsil-səhiyyəni ödənişsiz edirdilər. Amma, bunun üçün də çoxlu pul lazımdı, SSRİ 1970-lərdə artan neft qiymətləri fonunda sosial haqlar payladı, sonra bu tempi saxlaya bilmədi və sistem çökdü. (elə əvvəlcədən deyim ki, SSRİ yolu axmaq, mənasız, insan məntiqinə zidd yol idi).

İndi neft gəlirləri azalır, bununla pararlel iqtisadi azadlıqlar da daraldılır, vətəndaşın maliyyə yükü artırılır – olsun, o zaman siyasi, sosial haqlar, azadlıqlar artmalıdır axı ki, seçki yolu ilə səhv olan məsələri düzəltmək şansı yaransın, bu işin fəlsəfəsi, tarixi zərurəti bu cür davranışı diktə edir. Və ya, daralan siyasi-ictimayı haqların əvəzinə ciddi iqtisadi azadlıqlar verilməli, minimum vergi-cərimə rejimi tədbiq edilməlidir.

Başqa yol yoxdur – “bizim öz yolumuz var”, yanaşması işləmir, işləyə də bilməz…

Natiq Cəfərli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Pensiyaya çıxmaq üçün sənəd toplamağa ehtiyac qalmadı – Baş nazirdən qərar

redaktor

“Abzas Media” işi üzrə həbs edilənlərin ailələri ilə görüşünə və telefon danışığına qadağa qoyulub.

admin

Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar?

redaktor