Cəmiyyət

Lerikdə məşhur “Relax” hotelində YOXLAMA: Deputatın qohumuna məxsus mərkəz cərimələndi

Lerikdə yerləşən “Relax” istirahət mərkəzi bir daha maliyyə sanksiyasına məruz qalıb.

Tacxeber.com“Qaynarinfo”ya istinadla xəbər verir ki, “Relax Resort And Spa Hotel” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan operativ vergi nəzarəti zamanı bir sıra pozuntular aşkarlanıb.

Operativ vergi nəzarətinin nəticələrinə əsasən, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə dair tələblərin pozulması ilə bağlı tərtib edilən akt əsasında MMC-yə üç dəfə olmaqla, ümumilikdə 6 min manat maliyyə sanksiyası tətbiq olunub.

Bundan əlavə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə 1 000 manat məbləğində sanksiya müəyyən edilib.

Qeyd edək ki, “Relax Resort And Spa Hotel” MMC-nin qanuni təmsilçisi Famil Kamran oğlu İmanovdur. O, Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədovun yaxın qohumudur. Bildirilir ki, bir vaxtlar İqbal Məmmədova məxsus olan “Relax” hazırda icarə əsasında onun ailəsi tərəfindən idarə olunur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Millət vəkili bu nazirliyi tənqid etdi

admin

SEÇİCİLƏR ADINDAN ÖZÜNƏ TƏŞƏKKÜRNAMƏ YAZAN DEPUTAT – Cavanşir Paşazadə “facebook”-da özünü necə ”reklam edir”?

redaktor

Nizami Orucovdan Samirə Bağırovaya CAVAB: “Son vaxtlar hamınızın bakirəliklə bağlı problemi nədir?

redaktor