DünyaSiyasət

“Putinlə görüşməyə hazıram…” –ZELENSKİ

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə hər hansı şərt olmadan görüşməyə hazır olduğunu açıqlayıb.

Ukraynanın dövlət başçısı bu barədə Sky News telekanalına müsahibəsində deyib. Vladimir Zelenskinin sözlərinə görə, o, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşə hazırdır, lakin görüş Moskvada keçirilməməlidir.

Qeyd edək ki, Ukrayna lideri bundan əvvəl münaqişənin başa çatması üçün Donald Trampa müəyyən şərtlər irəli sürmüşdü. Ukraynanın “Trampın dəqiq mövqeyinə” ehtiyacı olduğunu vurğulayan Ukrayna prezidenti silahlı münaqişənin dayandırılması üçün respublikaya təhlükəsizlik zəmanətlərinin əvvəlcədən verilməsinin yeganə yol olduğunu demişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Vitali Balasanyan da həbs olundu, Bakıya gətirilir.

admin

Bu ölkə 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmağı  qadağan edir

redaktor

Dumanlı NATO, yoxsa “qərarlıların koalisiyası”?

admin