DünyaSiyasət

“Putinlə görüşməyə hazıram…” –ZELENSKİ

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə hər hansı şərt olmadan görüşməyə hazır olduğunu açıqlayıb.

Ukraynanın dövlət başçısı bu barədə Sky News telekanalına müsahibəsində deyib. Vladimir Zelenskinin sözlərinə görə, o, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşə hazırdır, lakin görüş Moskvada keçirilməməlidir.

Qeyd edək ki, Ukrayna lideri bundan əvvəl münaqişənin başa çatması üçün Donald Trampa müəyyən şərtlər irəli sürmüşdü. Ukraynanın “Trampın dəqiq mövqeyinə” ehtiyacı olduğunu vurğulayan Ukrayna prezidenti silahlı münaqişənin dayandırılması üçün respublikaya təhlükəsizlik zəmanətlərinin əvvəlcədən verilməsinin yeganə yol olduğunu demişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rus “sülhməramlılar” erməni terrorçuları gücləndirir: Bakıdan hərbi müdaxilə MESAJI

redaktor

Rusiya böyük hücuma hazırlaşır – NATO-dan xəbərdarlıq

admin

Həmsərhəd ölkələrdə yayılan təhlükə: Donuz qripi Azərbaycana da keçə bilər – VİDEO

redaktor