Anqarskın manyak milisi – 80-dən çox qadını öldürən Popkova 3 dəfə ömürlük cəza verilib.
Keçmiş milis\polis əməkdaşı Mixail Popkov rəsmi olaraq Rusiyanın ən qaniçən manyakı kimi tanınıb. Onun 89 qurbanı olub (86 nəfəri öldürüb), onların arasında yalnız biri kişidir, digərləri isə qadınlardır. Müstəntiqlər qatilin təkcə İrkutsk vilayətində deyil, digər ərazilərdə də cinayətlər törədə biləcəyini güman ediblər.
2023-cü ilin noyabrında dördüncü dəfə məhkum olunan manyak 1994-2000-ci illərdə qadınları zorlayıb və öldürüb.
Mixail Popkov yalnız 2012-ci ildə həbs edilib. Bu, molekulyar-genetik müayinələrin nəticələri sayəsində mümkün olub – həmin şəxsin materialları əvvəllər daxili işlər orqanlarında xidmət etdiyi üçün məlumat bazasında olub.
O vaxta qədər Popkov artıq polis orqanların tərk edib və avtomobillərin satışı ilə pul qazanıb.
Popkov müsahibələrində özünü manyak hesab etmədiyini, “təmizlikçi işlədiyini” və “dünyanı əxlaqsız qadınlardan təmizlədiyini” deyib. Arvadının xəyanətindən sonra onun həyatında silsilə qətllər başlayıb.
O, axşamlar sərxoş qadınlarla görüşüb və onları evinə dəvət edib. Razılaşanların taleyi həll olunub, olmayanlar isə xilas olub. Manyak 16 yaşdan 40 yaşa qədər qadınları öldürüb.
“Mən birinci deyiləm, sonuncu da olmayacağam”- deyən Popkov bildirib ki, qətlə yetirdiyi qadınlar onun “xətrinə” dəyib. Onun əlində ölən ilk qurban cəsədini yandırdığı Larisa Atayeva olub.
Yeri gəlmişkən, qatilin həmkarları və dostları baş verənlərin real olduğuna dərhal inanmayıblar, çünki Popkov heç vaxt özünü pis tərəfdən göstərməyib. O, nümunəvi ailə başçısı və son dərəcə mehriban bir insan olub.
Ona görə də qatilin ləqəbi “Gülən adam” olub. Bundan əlavə, o, biatlon üzrə idman ustalığına namizəd olub və pis vərdişləri olmayıb. Lakin istintaq zamanı Popkova gomitsidomaniya diaqnozu qoyulub – qarşısıalınmaz öldürmək istəyi.
“Mən öldürməyi dayandıra bilərdim. Qəsdən özümü idarə edə bilərdim, sadəcə olaraq heç bir halda heç kimi maşınıma buraxmazdım. Daim özümü düşünürdüm: “Mən bunu niyə edirəm? Bunu etməməliyəm”. Bir, iki, üç ay keçir, mən deyəsən, normal insanam – qurban üçün növbəti şərait yaranana qədər”, – qatil bildirib.
İndi qohumları və dostları Mixail Popkovla bütün əlaqəni kəsiblər. O, qətllərdən könülsüz danışır, hətta məhkəmədə ifadə verməkdən belə imtina edib.
Popkov 2015, 2017 və 2021-ci illərdə üç dəfə ömürlük həbs cəzasına məhkum edilib. 2023-cü ilin yanvarında o, yenidən etiraf edib. O, 1997-ci ildə Jilkino kəndində 27 yaşlı, 1998-ci ildə Polyarnaya küçəsi yaxınlığında Anqara çayının sahilində 25 yaşlı irkutsklu və 2003-cü ildə Novo-Leninskoye qəbiristanlığının ərazisində 31 yaşlı qadını qətlə yetirməkdə ittiham olunub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Popkov vilayət mərkəzinin küçələrində qurbanlarını qarşılayıb və onları avtomobillə aparmağı təklif edib.
İki halda manyak qurbanlarını boğub, üçüncüsünü isə bıçaqlayıb. Prokurorluğun məlumatına görə, o, qadına azı 40 bıçaq zərbəsi vurub.
Mixail Popkovun ilk əsl qurbanı onun ordudan qayıtmasını gözləməyən qonşu qızı olmalı idi.
1992-ci ilin sentyabrında Popkov onu öldürmək üçün İrkutska gəlib, lakin qız evdə olmayıb.
Onun arxasınca getdiyi zamanı yolda dayanan içkili qadın görüb. Həmin qadından da sevdiyinin heyfini çıxıb.
Popkov qurbanlarını soyuqqanlılıqla öldürüb və sonra sakitcə işə gəlib öz vəzifə borcunu yerinə yetirib.
İdarələrlə şəhərlər arasında xüsusi əlaqənin olmaması Anqarsk manyakının tutulmasında əsas problem olub. İrkutskda hüquq-mühafizə orqanları Anqarskda nə baş verdiyini bilməyiblər və Popkov, əlbəttə ki, bu barədə bilib.
Lakin qurbanlardan bəzilərinin üzərində bioloji material olduğu üçün, nəhayət, manyak yaxalanıb.
Bəzi şahidlər də polis əməkdaşı gördüklərini bildiriblər. Üstəlik, cinayət yerlərinin birində hərbçiyə və ya polisə məxsus paltonun düyməsi tapılıb.
Bütün bu faktların müqayisəsi və genetik materialın axtarışı müstəntiqləri qatilin yanına aparıb.
Əslində Popkov tutulmazdan əvvəl onun təxminən 3-4 qətl törətdiyi düşünülüb. Anqarsk manyakının özü bütün digər cinayətləri haqqında ən xırda detalları ilə danışıb.
Mütəxəssisləri Mixail Popkovun fenomenal yaddaşı heyrətləndirib. O, qətl günü havanın necə olduğunu, qurbanın nə geyindiyini və onu öldürmə qaydasına qədər hər şeyi xatırlayıb.
2015-ci ildə Mixail Popkov 22 qadının qətlində və 2 adam öldürməyə cəhdə görə ömürlük həbs cəzasına məhkum edilib. 2018-ci il dekabrın 10-da rayon məhkəməsi onu daha 56 cinayət törətməkdə təqsirli bilib. O, üçüncü ömürlük həbs cəzasını 2021-ci ildə alıb.
P.S. Hüquq-mühafizə orqanlarının çoxdan üstü açılmayan bəzi qətlləri Popkova “yükləməsi” də istisna deyil.
Ona saxlama şəraitinin yaxşılaşdırılması vədi və “onsuz da ömürlük cəza çəkirsən, üç qətl az, beş qətl çox, sənə nə fərqi var ki” təklifi edə, beləliklə, ağır cinayətlərin açılma statistikasını yaxşılaşdıra bilərdilər. Rusiyada bu təcrübədən geniş istifadə olunur.