21 C
Bakı
18 Sentyabr 2025 10:51
CəmiyyətGündəmSiyasət

“Hökumətdə səlahiyyət və məsuliyyət bölgüsü artıq multfilmə çevrilib”

Məmləkətdə dövlət və hökumət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü artıq multfilmə çevrilib, rəsmi xəbər:

Bu gün İqtisadi Şuranın növbəti iclası olub, iclasda qərara alınıb ki, 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilsin!

Çox gürültulu səslənir, deyilmi?! Sanki böyük iş gedir və iş haqqında ictimayyət məlumatlandırılır – indi məni qınayacaqsınız ki, burda nə var, işin multfilm tərəfi nədir ki?!

Deyim də, İqtisadi Şuranən rəhbəri Əli Əsədovdur, İqtisadi Şuranın tərkibi nazirlərdən və komitə sədrlərindən ibarətdir. Bu gün yığışıb böyük bir iş görüblər və İqtisadi Şuranın rəhbəri Əli Əsədov iclasda bərk-bərk tapşırıb ki, 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənədləri Baş Nazir Əli Əsədova təqdim etsinlər! Kimə tapşırıb, deyim də, İqtisadi Şura üzvlərinə! Bəs onlar kimdir – elə həmin nazirlər!

Yaxşı, Nazirlər Kabineti varsa, İqtisadi Şura nəyə lazımdır, yox, İqtisadi Şura yaxşıdırsa, bəs Nazirlər Kabineti niyə var?!

 

Natiq Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Rus sərhədçilərinin İrəvandakı aeroportdan çıxarılması barədə bildiriş almışıq” – Peskov

admin

Generalın oğlu keçmiş xanımından aliment tələb edir – Azərbaycanda maraqlı olay

redaktor

Yer süfrəsində yeməyin bilmədiyiniz FAYDALARI

admin