CəmiyyətDünya

Yoxsul ölkələr üçün nəzərdə tutulmuş məhsullar məhv edilib –Trampın göstərişi ilə

ABŞ prezidenti Donald Trampın göstərişi ilə yoxsul ölkələrə yardım üçün nəzərdə tutulan kontraseptivlər məhv edilib.

Tacxeber.comxəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) məxsus, ümumi dəyəri doqquz virgül yeddi milyon dollar olan məhsullar istifadəyə verilməmişdən əvvəl sıradan çıxarılıb.

Məlumata əsasən, kontraseptivlər Belçikada saxlanılırdı, lakin onların məhv edilməsi prosesi Fransada həyata keçirilib. Söhbət əsasən uzunmüddətli qoruyucu vasitələrdən – spiral və implantatlardan gedir.

USAID nümayəndələri qəzetə bildiriblər ki, Tramp administrasiyasının qərarı yalnız tabletləri deyil, müxtəlif kontraseptiv vasitələri də əhatə edib. Onların hamısı aşağı gəlirli ölkələrdə yaşayan qadınlara humanitar yardım kimi göndərilməli idi.

Qeyd olunur ki, bir sıra beynəlxalq təşkilatlar məhsulları almağa və ya pulsuz qəbul etməyə hazır olduqlarını açıqlamışdı. Bu halda ABŞ hökuməti heç bir zərərə məruz qalmayacaqdı. Lakin rəsmi Vaşinqton kontraseptivlərin məhv edilməsinə üstünlük verib və bu prosesin özü də yüz altmış yeddi min dollara başa gəlib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya XİN-dən Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığa MÜNASİBƏT

redaktor

Həmin gecə Pentaqona yüzlərlə pizza sifariş edilib – İran buna diqqət yetirsəydi…

redaktor

Şok səs yazısı yayıldı: “Diqqətlə araşdırılır” – SON DƏQİQƏ

redaktor