19 C
Bakı
20 Oktyabr 2026 01:40
CəmiyyətTəhsil

Təhsil Şöbəsinin sabiq müdirinə “stop” qoyuldu – Səbəb nədir?

Elm və Təhsil Nazirliyi yanında Sağlamlıq İmkanlari Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Tariyel Əkbərovun ölkədən çıxışına məhdudiyyət qoyulmasının səbəbi rəhbəri olduğu qurumun ümumilikdə 4815,41 manat vergi borcunun olması olub.

Belə ki, Tariyel Əkbərovun direktoru olduğu təhsil müəssisənin dövlət büdcəsinə 616,37 manat məbləğində (o cümlədən, vergilər üzrə 578,21 manat, faizlər üzrə 38,16 manat), İşsizlikdən Sığorta Fonduna 353,47 manat, Dövlət Sosial Müdafiə Fonduna 2177,67 manat, İcbari Tibbi Sığorta Fonduna 1667,9 manat borcu var.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən direktorun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə, Tariyel Əkbərovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Tariyel Əkbərov bu vəzifəsindən əvvəllər Masallı Rayon Təhsil Şöbəsinin müdiri olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor