Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, bizim vahid mal bazarımız olacaq, deyə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, ermənilər Azərbaycan benzinini alacaqlar. “Mağazalarımızda Azərbaycan malları olacaq. Məsələn, ermənilər benzini ucuz alacaqlar, bu qaçılmazdır”.
Simonyan onu da qeyd edib ki, eyni ermənilər və azərbaycanlılar Moskvada birgə bizneslə məşğul olurlar, dostdurlar və ad günlərində bir-birlərinə baş çəkirlər. “Eyni şey digər ölkələrdə də belədir”, o əlavə edib.