DünyaSiyasət

Ermənilər Azərbaycan benzini ilə yanacaq dolduracaqlar

Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, bizim vahid mal bazarımız olacaq, deyə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, ermənilər Azərbaycan benzinini alacaqlar. “Mağazalarımızda Azərbaycan malları olacaq. Məsələn, ermənilər benzini ucuz alacaqlar, bu qaçılmazdır”.

Simonyan onu da qeyd edib ki, eyni ermənilər və azərbaycanlılar Moskvada birgə bizneslə məşğul olurlar, dostdurlar və ad günlərində bir-birlərinə baş çəkirlər. “Eyni şey digər ölkələrdə də belədir”, o əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Oğuzdakı meşə yanğını söndürüldü – Video

redaktor

“Kiyev danışıqlar aparmaq qabiliyyətində deyil” – Rusiya XİN

redaktor

Azərbaycan cüdoçusu finalda!

admin