DünyaSiyasət

“Asiya baharı” Çini qorxudub

Nepalın maoçu kommunist baş naziri Khadqa Prasad Şarma Oli Şanxay Əməkdaşlıq Təşkilatı + formatında keçirilən sammitində Si Cinpinin fəxri qonaqlarından idi. Si Cinpinlə birlikdə nahar edərkən Khadqa Prasad Şarma Oli hakimiyyətinin son günlərinin olduğunu təsəvvür edə bilməzdi.

İndoneziyada başlayan və hökumət üzvlərinin istefası ilə nəticələnən etirazlardan qorxan Khadqa Prasad Şarma Oli hökumətinin çox böyük ehtimalla Çinin tövsiyyəsi ilə Facebook, X, Instagram, YouTube, Reddit və LinkedIn kimi sosial şəbəkələri qadağan etməsi hakimiyyətinin sonunu gətirən kütləvi etirazları tətiklədi. Küçələrə çıxan Z nəsli Khadqa Prasad Şarma Oliin kommunist hökumətini qısa zamanda devirdi. Hökumətin belə sürətli, qısa zamanda devrilməsi tarixdə çox az olub.

İndoneziyanın ardınca Nepalda da hakimiyyət əleyhinə çıxışlar Çini qorxudub. Pekinin kommunist hökuməti İndoneziyada başlayan, Nepalda qələbə qazanan “Asiya baharı”nın Çinin təsir dairəsini bürüyəcəyini, hətta Çinin özünü də sirkələyəcəyindən qorxur.

Çində kommunist rejimi olsa da Sovet İttifaqından çox fərqli bir cəmiyyət formalaşıb. Ölkədə 250 milyon ali və orta ixtisas təhsilli təbəqə var. Əksəriyyəti gənclər olan bu təhsilli təbəqə səfilliyin tuğyan etdiyi represiv Mao dövrünə qayıtmaq istəmirlər. Onlar Qərbdəki təhsilli insanlar kimi yaxşı yaşamaq istəyirlər. Buna görə də Si Cinpin hökuməti “Asiya baharı”nın təsiri ilə Çində də gənclərin etirazlarının baş qaldıracağından qorxuya düşüb.
“Asiya baharı” Çində Si Cinpinin avtoritar hakimiyyətinin məhdudlaşdırılması, Den Syaopinin dövründə olduğu kimi kollektiv idarəçilik sisteminə qayıdış cəhdlərini sürətləndirə bilər.

 

Xaqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Pezeşkiandan hicab məsələsi ilə bağlı KRİTİK AÇIQLAMA

redaktor

Roma papası Qərbdən Vahid Ələkbərovun xahişini edir

admin

Rusiyadan fəlakət gətircək addım: bu tarixdə… – Kəşfiyyat məlumatı

redaktor