15 C
Bakı
24 Mart 2026 16:06
CəmiyyətDigərŞikayət

“Su borusunun dəyişdirilməsi üçün də ölkə Prezidentinə müraciət edək?” Nura Suri

Xətai rayonu, Babək prospekti 10 ünvanında “Azərsu”nun yolda yerləşən su borusu çürüyüb. Boru tez-tez deşilir, su axıb binanın altındakı avtodayanacağa tökülür. Nəticədə qaraj daim suyun içində qalır. Komendant “qaynar xətt”ə dəfələrlə zəng edib, gəlirlər, sadəcə yamayırlar, amma borunu dəyişmirlər. Bir müddət keçəndən sonra yenə eyni hal təkrarlanır.

Rəsmi məktub da yazılıb, amma nə məktuba cavab verilir, nə də boru dəyişdirilir. Qar və yağış yağanda Azərsunun borularına görə camaat suyun içində qalır, həyatını itirənlər də olur. Amma “Azərsu” buna məhəl qoymur.

Bəs hara şikayət edək? Yenə ölkə prezidentinə müraciət edək? Nə etməliyik ki, bu şirkət işini normal şəkildə yerinə yetirsin?

 

Nura Suri

Tacxeber.com

Oxşar xəbərlər

Leyla Axundzadə: “Nəinki Müşfiqə, heç bir repressiya qurbanına kompensasiya verilməyib”

redaktor

Hərbi prokuror deputatları aşağıladı: Niyə üzr istəyim?

admin

“3 nəfərin başqa dildə danışması ilə dilimiz əldən gedəcəksə, dünəndən getsə yaxşıdır” – Kamal Abdulla

redaktor