28 C
Bakı
10 Sentyabr 2025 16:57
CəmiyyətDigərŞikayət

“Su borusunun dəyişdirilməsi üçün də ölkə Prezidentinə müraciət edək?” Nura Suri

Xətai rayonu, Babək prospekti 10 ünvanında “Azərsu”nun yolda yerləşən su borusu çürüyüb. Boru tez-tez deşilir, su axıb binanın altındakı avtodayanacağa tökülür. Nəticədə qaraj daim suyun içində qalır. Komendant “qaynar xətt”ə dəfələrlə zəng edib, gəlirlər, sadəcə yamayırlar, amma borunu dəyişmirlər. Bir müddət keçəndən sonra yenə eyni hal təkrarlanır.

Rəsmi məktub da yazılıb, amma nə məktuba cavab verilir, nə də boru dəyişdirilir. Qar və yağış yağanda Azərsunun borularına görə camaat suyun içində qalır, həyatını itirənlər də olur. Amma “Azərsu” buna məhəl qoymur.

Bəs hara şikayət edək? Yenə ölkə prezidentinə müraciət edək? Nə etməliyik ki, bu şirkət işini normal şəkildə yerinə yetirsin?

 

Nura Suri

Tacxeber.com

Oxşar xəbərlər

“Oyunumuzu yaxşılaşdırmalıyıq.” – Roman Qriqorçuk

admin

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstana qarşı oynacaq

redaktor

Gürcüstanda XİN-lə yanaşı, Müdafiə Nazirliyi daxilində də hökumətin avrointeqrasiyadan imtina qərarına qarşı etirazlar yüksəlir.

admin