26 C
Bakı
06 Sentyabr 2025 20:00
CəmiyyətHadisə

Tanıdığlnız, gördüyünüz yeniyetməni, gənci çəkindirin bundan

Son zamanlar elektron siqaret: e-siqaret və ya veyp çəkənlər qarşıma tez-tez çıxırlar. Daha çox gənclərdir. Son zamanlarda veyp çəkən yeniyetmə qızların sayı artıb.

Mən hələ də anlaya bilmirəm ki, siqaret çəkmək hansı ləzzəti yaradır? Bizim gənclər, xüsusilə də məktəbli və gənc qızlarımız çox erkən yaşlarından niyə veyp çəkməlidirlər?

Mən siqaret çəkən qız-qadına heç zaman yaxşı baxmamışam. Onların öz şəxsi işləridir, nuh əyyamından qalma dar çərçivədə ənənədir və s. əlbəttə. Amma necə adlandırırdınızsa adlandırın, həmin həmcins şəxs dərhal gözümdən düşür.

Mən siqaret, veyp çəkən qız-qadın görəndə gözlərimin qarşısında üzünün ifadələri, mimikaları, rəngi, gözlərinin dərinliyi, dişləri, beyni, ürəyi, böyrəkləri, ciyərləri, damarları, bir sözlə, tükünün ucundan tutmuş içinin sonuncu hüceyrəsinə qədər bütün vücudunu çürümüş, hislənmiş və ÇİRKLƏNMİŞ görürəm, İYRƏNİRƏM.

Yeniyetmə qızı biz tərəflərdə güldandakı gülə, ailənin bir dəstə çiçəyinə bənzədiblər. Çiçək dəstəsi hələ açmamış, ətirlənməmiş niyə özünü könüllü soldurur?

Qarşıma çıxan qızlara anlatmağa çalışıram ki, özünüzü həm fiziki, həm də ruhən zəhərləməyin. Mənə dəvə nalbəndə baxan kimi baxırlar. Səyimə heyfsilənmədən davam etdirirəm. Kimdəsə cüzi də olsa şübhə oyada bilirəmsə, nə gözəl.

Veyp və ya elektron siqaret də siqaret kimi düzəlməyən ziyandır. Kardioloqlar həyəcan təbili çalırlar. The Guardian yazır ki, Madriddə keçirilmiş sonuncu beynəlxalq kardioloji forum da məhz bu mövzuda olub. Professor Maya-Liza Lyoxеn deyir ki, veyp çəkən adamlarda təzyiq qəfil qalxır, nəbz artır, damarlar elastikliyini itirir. Bu proses də aritmiyaya, infarkta və iflicə (insult) gətirir. “New England Journal of Medicine”-nin araşdırmaları üzə çıxarıb ki, veypinq iflic risqini 32% artırır.

Bu xəstəliklərin nə üçün cavanlaşdığının bir səbəbinin də elektron siqaret olması aydın olurmu?

Ekspertlər bildirirlər ki, veyp siqaretlərin tərkibindəki maye – aerozol yanarkən formaldegid, asetaldegid və kanserogen emal edir. Bu maddələr damarları dağıdır və orqanizmdə müxtəlif iltihab proseslərinə gətirir. Hamısını – astmanı da, ağız boşluğunun yanmasını da, atetosklerozu da qoyuram bir kənara, dərmanlarla bir az artıq yaşayacaq. Amma ən təhlükəlisini və qarşısıalınmaz nəticəni görməməzliyə vurmaq olmaz: veypinq xərçəngə gətirə bilər.

Bu yaz8n8 yazmaqda məqsədim budur ki, tanıdığlnız, gördüyünüz yeniyetməni, gənci çəkindirməyə səy göstərin, maarifləndirin.

Damla-damla göl olar deyiblər. Bəlkə ağıllarına batdı.

 

Arzu Qaziyeva

Tacxeber.com

Oxşar xəbərlər

Arutyunyan qaçmaq istədi, qoymadılar – Məxfi iclas

admin

Türkiyədə zəlzələdə ölənlərin sayı 1651 nəfərə çatıb, 11 119 nəfər yaralanıb – YENİLƏNDİ

redaktor

“Kəpəz”də yeni baş məşqçi

admin