QalmaqalTəhsil

Yerevan Dövlət Universiteti Bakıda keçirilən İCPC2025 Dünya Finalına qatılmayıb.

Bu gün Bakıda keçirilən 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma üzrə Müsabiqənin Dünya Finalına Ermənistandan olan komanda qatılmayıb.

İCPC2025 təşkilatçıları baxmayaraq ki, Yerevan Dövlət Universitetinə dəvət göndərib, lakin onlar iştirakdan imtina ediblər.

Xatırladıram ki, Yerevan Dövlət Universitetinin komandası ötən il keçirilən regional yarımfinal yarışmasında, Northern Eurasia Regional Contest (NERC) mərhələsi üzrə ICPC Final üçün yeganə Cənubi Qafqaz təmsilçisi olmuşdur.

Adətən Ermənistan universitetlərinin tələbələri bu tip yarışmalarda aktiv olurlar.

Azərbaycanın 2 komandası, BANM və ADA komandaları təşkilatçı ölkə olaraq yarışmada iştirak hüququ qazanıb.

Beləliklə, görünən odur ki, baxmayaraq bu gün Azərbaycan və Ermənistan liderləri, hətta birinci xanımlar da Çində görüşüblər , hələlik real sülhdən danışmaq tezdir.

Əslində real sülh müqaviləsi də ortada yoxdur.

Güman ki, Ermənistan da məhz bu səbəbdən, ictimai rəydəki narahatlıqlardan və ölkədaxili siyasi rəylərdən ehtiyatlanaraq, hətta siyasətdən uzaq, akademik bir tədbirə qatılmağı da məqsədəuyğun hesab etməyib.

 

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

17 noyabr 1922-ci il, xəlifə və keçmiş Osmanlı sultanı VI Mehmed Vahideddin ingilis gəmisinə minərək ölkəni tərk edir.

admin

Siçovulun dişlədiyi şagirdin məktəbindən REPORTAJ – Göyçayda gördüklərimiz + FOTOLAR

admin

TƏCİLİ! Azərbaycanda keçirilən bu oyun UEFA-nı şübhələndirdi, AFFA araşdırmaya başladı

admin