22.5 C
Bakı
29 İyun 2026 04:22
HadisəMuharibə

Ukraynada səhvən işğalçı ruslar arasında atışma

Özününküləri öldür ki…

Xerson vilayətində işğalçılar səhvən öz aralarında atışmaya başlayıb və 20-dən çox “yoldaşlarını” öldürüblər. Əvvəlcə motoatıcı alayın əsgərləri səhvən kəşfiyyat briqadasının mövqelərinə atəş açıblar. Orada da öz növbəsində “həmkarları” onları Ukrayna təxribat-hücum qrupu ilə səhv salıblar və ehtiyat bölmə həyəcan vəziyyətinə gətirilib. Xaotik atışma baş verib.

“Atəş” partizan hərəkatı xəbər verir ki, hadisə avqustun 19-da baş verib. Nəticə: 21 işğalçı məhv edilib, 17 nəfər isə yaralanıb.

Rusların belə bir məsəli var: “Özününküləri döy ki, özgələri qorxsun”. Amma bu dəfə deyəsən, daha dərinə gediblər. Özü də heç kimi qorxutmayıblar, sadəcə, qeyri-peşəkar yanaşma göstəriblər. Nəticə də belə…

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

Tehran yanır. Time jurnalına görə, iki yüzdən çox insan ölüb.

admin

Tramp İsrail və İranı atəşkəsi pozmaqda ittiham etdi

redaktor

Azərbaycan Karate-Do Federasiyasının prezidenti vəfat etdi

redaktor