DünyaSiyasət

Trampdan Çin liderinə: ABŞ-a gizli planlar hazırlayan Putin və Kim Çen Ina salamımı çatdırın

ABŞ prezidenti Donald Trampın Çində keçirilən hərbi parad keçirilməsinə reaksiyası istehzalı olub.

Tacxeber.com  xəbər verir ki, Tramp bu barədə  “Truth Social” şəbəkə hesabında yazıb.
“Əsas cavablandırılmalı böyük sual budur ki, Çin Prezidenti Si Çinin azadlığını çox da dost olmayan xarici işğalçıdan qorumaq üçün Amerika Birləşmiş Ştatlarının Çinə verdiyi böyük dəstəyi və “qanı” xatırladacaqmı, ya yox. Çinin qələbəsi uğrunda mübarizəsində çoxlu amerikalılar həlak olub. Ümid edirəm ki, onların igidliyi, bu yolda canlarını qurban verməsi layiqincə  dəyərləndirələcək və xatırlanacaq! Arzu edirəm ki, Prezident Si və Çinin gözəl insanları gözəl bir bayram günü yaşasınlar”, – Tramp yazıb.

Bununla belə, Tramp Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın paradda iştirakından heç də məmnun olmadığını dilə gətirərək yazıb: “Zəhmət olmasa, ABŞ-a qarşı gizli niyyətlərinizi həyata keçirdiyiniz Vladimir Putinə və Kim Çen Ina ən səmimi salamlarımı çatdırın”.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyalı ekspert: Cənubi Qafqaz tezliklə NATO bölgəsinə çevriləcək

redaktor

“Krımın geri qaytarılması tamamilə realdır” – general Sırski

admin

Balıq konservalarında civə aşkarlandı Bazarlardan yığışdırılır

admin