22.7 C
Bakı
09 İyun 2026 10:59
CəmiyyətDünyaHadisəSağlamlıq

Saxta xərçəng dərmanları aşkarlandı – 9 nəfərə 5 ilə qədər həbs cəzası…

Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxta xərçəng dərmanlarının həm apteklərdə, həm də internet vasitəsilə satıldığı müəyyən edilib.

Məlum olub ki, bu dərmanların tərkibində xərçəngin müalicəsində heç bir təsiri olmayan parasetamol kimi ucuz ağrıkəsicilər var.

Prokurorluğun araşdırmasından sonra 9 nəfərə qarşı 5 ilə qədər həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb. Saxta dərmanların satıldığı şəhərlərin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyi də tədbir görüb və inzibati araşdırmalara başlayıb. Dəstənin əczaçılıq anbarları və bəzi apteklərlə əməkdaşlıq etdiyi, saxta dərmanların bir hissəsinin bu yollar vasitəsilə aşağ qiymətə satışa çıxarıldığı üzə çıxıb.

Araşdırma zamanı saxta olduğu müəyyən edilən 11 dərman vasitəsinin adı məlum olub. Bunlara “Dostinex”, “Venofer”, “Pregnyl”, “Cellcept”, “Rivotril”, “Femara”, “Venetoclax”, “Xalkori”, “Phesgo”, “Xgeva” və “Blincyto” dərmanları aiddir. Bu dərmanlar xərçəng müalicəsində, transplantasiya sonrası baxımda, sonsuzluq müalicəsində istifadə olunur.

Səhiyyə Nazirliyi vətəndaşlara xüsusilə sosial media vasitəsilə edilən dərman satışlarına qarşı xəbərdarlıq edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın ən sürətli 15 döyüş təyyarəsi – SİYAHI

redaktor

Nazirdən özəl bağçalarda ödənişsiz təhsillə bağlı ŞAD XƏBƏR – VİDEO

redaktor

Hansı daha yaxşıdır: qara, yoxsa yaşıl?

admin