30 C
Bakı
01 Sentyabr 2025 21:48
CəmiyyətDünya

Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyevin “romantika”sı: Qışda çimərlik macərası – REPLİKA

Dünən məlum olub ki, Dövlət Turizm Agentliyi (DTA) Şüvəlan qəsəbəsində 3 yeni ictimai çimərliyin açılışını edib.

Bununla bağlı qurum media tur da təşkil edərək, təqdimatını gerçəkləşdirib.

Məsələ ondan ibarətdir ki, bu açılış çimərlik mövsümünün sonuncu günündə, yəni 31 avqustda reallaşdırılıb. Yəni, bu açılış mərasimini gələn mövsümə də saxlamaq mümkün olduğu halda, Agentlik özünü gülüş obyektinə çevirib.

Görünən odur ki, DTA-nın rəhbəri Fuad Nağıyev Bakını bəzi sahilyanı Afrika ölkələri ilə səhv salıb. Ya da elə zənn edib ki, Xəzər dənizi Hind okeanının bir parçasıdır. Güman etmək olar ki, Fuad müəllim oralara çox gedib, gəldiyindən həmişə yay fəslinin olması ağılında qalıb. Yoxsa, hansı məmurun ağlına gələr ki, çimərlik mövsümü başa çatan günü yeni çimərliyin təqdimatını keçirsin?

Yadımızdan çıxmamış, cənab sədrin diqqətinə əraz edək: Fuad müəllim, sanki bir az tələsmisiniz…. Bir az da gözləyib, qışın oğlan çağında açılış edərdiniz… Təsəvvür edin, qar yağır, dəniz dalğalanır, soyuq külək adamı kəsir, insanlarımız sizin yeni açılışını etdiyiniz çimərliyə axşır, romantika və… Hamısı sətəlcəm, zökəm, ağ ciyərə su yığılması diaqnozu ilə xəstəxanalara yerləşdirilir.

P.S. Bəzən ekspertlər şikayət edir ki, Azərbaycana gələn turistlərin sayı azdır. Bunu təşkilatçılıq işinin düzgün təşkil olunmaması ilə əlaqələndirirlər. Rəhmətliyin nəvələri, mövsüm bitəndə çimərlik açan adamlardan hansı təşkilatçılığı gözləyirsiz? Bu zehniyyət ilə idarəçilik edənlərin sayəsində ölkəmizə turist gəlirsə, gedin, Allahınıza şükür edin.(Tribunainfo.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın imperialist müharibəsi vətəndaş müharibəsinə çevrilə bilər – Jdanov

admin

Bəy toyda elə söz dedi ki, gəlin utandı – VİDEO

redaktor

Rusiyada azərbaycanlıların da yoluxduqları ölümcül xəstəliyin ocağı lokallaşdırıldı

redaktor