DünyaSiyasət

Netanyahu Husi hökumət üzvlərinin əksəriyyətinin məhv edildiyini açıqlayıb

İsrail Yəmənin “Ənsar Allah” hərəkatının əksər üzvlərini sıradan çıxarıb və növbə Husi liderlərinin “hamısına çatacaq”.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

“İsrail Müdafiə Qüvvələri Husi hökumətinin və digər yüksək rütbəli hərbçilərin əksəriyyətini məhv edib… Biz bizdən əvvəl heç kimin etmədiyi bir şeyi edirik və bu, Sənada yüksək rütbəli məmurlara hücumun yalnız başlanğıcıdır. Sıra onların hamısına çatacaq”, – o deyib.

Xatırladaq ki, avqustun 29-da İsrail qırıcılarının Sənanın cənubundakı Hadda bölgəsində Husi hökumətinin iclasının keçirildiyi evi bombalayıb. Hökumətin başçısı Əhməd Qalib ər-Rahavi və onun bir neçə nazir yoldaşının öldürüldüyünü təsdiqləyiblər.

Hücumdan sonra Yəmənin “Ənsar Allah” hərəkatının siyasi şurasının rəhbəri Mehdi əl-Məşət İsraili “qara günlərlə” hədələyərək, israillilərin artıq özlərini təhlükəsiz hiss etməyəcəklərinə söz verib.

 

Tacxeber.com

Oxşar xəbərlər

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Taliban Əfqanıstanı qadınlar üçün cəhənnəmə çevirib

redaktor

Mənzillər, qətl və milyonlar: Elman Paşayevin oğlu səs-küylü işdə təqsirləndirilən şəxsə çevrilib

redaktor