20 C
Bakı
20 Oktyabr 2026 16:27
DünyaSiyasət

Fransanı eşşəklər idarə edir – Bardella

Dövlət əsas vəzifələri ilə məşğul olmalıdır və Fransa risk edən insana yenidən dəyər verməyi öyrənməlidir.

Tacxeber.com xəbər verir ki, bunu Fransa Milli Birlik Partiyasının lideri Jordan Bardella ölkədəki iqtisadi və idarəetmə vəziyyətini sərt şəkildə tənqid edərkən bildirib.

O, İkinci Dünya müharibəsindən sonra Fransanın sürətli inkişafını xatırladaraq belə davam edib:

“1945-ci ildə Fransa diz çökdürülmüşdü. Amma on il sonra ölkə 30 illik iqtisadi yüksəliş dövrünə qədəm qoydu. Çünki o zaman sahibkara və işə götürənə tam etibar var idi. Bu gün ölkəmizin ayağında daşlar var: çoxlu qaydalar, yüksək vergi yükləri, əməkhaqqı sistemi və çox aşağı maaşlar. Biz təklif etmişik ki, dövlət zəmanətli suveren bir fond yaradılsın və onun vasitəsilə fransızlar öz ölkələrinin səhmdarına çevrilsinlər.

Fransa bəlkə də dünyanın ən yaxşı oyunçularına sahibdir, amma onu eşşəklər idarə edir”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor