Dünyaİdman

“Neftçi” “Qarabağ”ı niyə təbrik etmədi? – “Məcbur deyilik…”

Dünən UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubunun bu uğuru Azərbaycan xalqına böyük sevinc yaşatdı.

Tacxeber.com xəbər verir ki, ölkə başçısı İlham Əliyev oyundan dərhal sonra qələbə münasibətilə sosial şəbəkədə təbrik paylaşımı etdi.

Misli Premyer Liqasının 10 klubu da “Qarabağ”a təbrik ünvanlayıb. Hətta Qazaxıstanın “Kayrat”, o cümlədən “Qarabağ”ın ötən mövsüm Avroliqadan kənarlaşdırdığı Portuqaliyanın “Braqa” klubu da “Qarabağ”ın qələbəsinə görə video-müraciət yayıb.

Maraqlıdır ki, bir zamanlar Qurban Qurbanovun formasını geydiyi, həmçinin baş məşqçisi olduğu “Neftçi” klubu Ağdam təmsilçisini tarixi uğurla əlaqədər təbrik etməyi lüzum görməyib.

“Ferentsvaroş”a qarşı oyundan 18 saat keçməsinə baxmayaraq, “ağ-qaralar”ın sosial şəbəkə hesabı sükutunu qoruyur.

“Neftçi” Peşəkar Futbol Klubunun mətbuat katibi Asəf Zeynallı bununla bağlı bakupost.az-ın sualına qısa və aqressiv cavab verib:

“Bunun səbəbi yoxdur. Təbrik etməyə məcbur deyilik. “Barselona” da “Real Madrid”i qələbələrinə görə təbrik etmir…”

 

Tacxeber.com

Oxşar xəbərlər

“Dünyanın ən güclü 100 iş adamı” açıqlandı

redaktor

“Atasının qəbrini qazdılar, yerinə başqasını basırdılar – ŞOK

admin

Şimali Koreya ABŞ-ı vura bilən raket hazırlayıb

redaktor