22.8 C
Bakı
10 İyun 2026 00:27
DünyaŞou

“Gangnam Style”ın ifaçısı barədə araşdırma başlanıldı

Cənubi Koreya polisi “Gangnam Style” hiti ilə tanınan müğənni Psy ilə bağlı araşdırmaya başlayıb.

Tacxeber.comxəbər verir ki, polis əsl adı Pak Çje San olan müğənninin tanıdığı həkim vasitəsilə xəstəxanaya müraciət etmədən narkotik tərkibli dərman reseptləri almasından şübhələnir.

İstintaqın məlumatına görə, Psy, eləcə də onun meneceri müğənninin adından 2022-ci ildən yaxın vaxtlara qədər həkimə müraciət etmədən Seuldakı xəstəxanalardan narkotik təsirli dərman reseptləri alıblar.

Polis xəstəxanaya basqın edərək müğənninin xəstəlik sənədlərini yoxlayıb.

Müstəntiqlər müğənnini dindirməklə yanaşı, ona bu reseptləri yazan həkimi də araşdırırlar.

Məlumata görə, müğənniyə xroniki yuxu pozğunluğu diaqnozu qoyulub.

Həkimlər ona yuxu həbləri qəbul etməyi məsləhət görsələr də, bu reseptlərin üçüncü şəxslər vasitəsilə təyin olunması qadağandır.

 

Tacxeber.com

Oxşar xəbərlər

KİV: Tramp ingilis dilini dövlət dili elan edəcək

redaktor

İranın qaçılmaz sınağı: Geopolitik planlar və daxili çöküş

redaktor

Suriyanın açarı Türkiyədə, Ərdoğandadır.

admin