23 C
Bakı
28 Avqust 2025 10:03
DünyaGündəmSiyasət

Ümumi düşmən – Rusiyada qeyri slovyanlar ciddi şəkildə sıxışdırılacaq.

Yayılmış xəbərlərə görə, Peterburqda, yollarda, etnik kimliyi müəyyən edən kameralar quraşdırırlar. Müharibə nəticəsində Rusiya iqtisadiyyatı böhrana yaxınlaşdığı bir dönəmdə Ukrayna dronları Rusiyanın neft hasilatını hədəfə alır. Nəticədə, Rusiyanın neft emalı potensialının 17%-i sıradan çıxıb. Bu da qiymətlərin qalxmasına, resursların azalmasına səbəb olur.

Belə olan təqdirdə siyasi hakimiyyətə gündəm yaratmaq, insanların diqqətini əsas problemdən yayındırmaq üçün əlavə səbəblər lazımdır. Bu səbəblər də “MİQRANTLAR” ola bilər. Slovyan rusları təmin etmək məqsədilə, çox güman, qeyri slovyanlar ciddi şəkildə sıxışdırılacaq. Avtoritar rejimləri ayaqda saxlayan yeganə vasitələrdən biri ümumi düşmən obrazıdı. Bu obrazı yaratdınsa, qalanları çox asand olur.

Yaxın günlərdə “Miqrantlar iqtisadiyyatımıza zərbə vurur” başlıqlı xəbərlər qarşınıza çıxsa, bilin ki, prosesə artıq start verilib.

 

Nahid Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Ceki Çan ölüm ayağındadır? – Şok iddialar

redaktor

Türkiyə Ukraynadakı münaqişənin sona çatması üçün səy göstərir – Ərdoğan

redaktor

Jozep Borel: “Bu gün biz tarixi addım atırıq”

admin