Dünya

Süni intellektdə ilk böyük qarşıdurma – Mask “Apple”i məhkəməyə verdi

Texnologiya dünyasında yeni bir mübarizə başlayıb. İlon Maskın şirkəti “xAI”, “Apple” və “OpenAI”ni məhkəməyə verib.

Tacxeber.com“Haber Global”a istinadla xəbər verir ki, Maskın iddiasına görə, “Apple”, “ChatGPT”ni “Siri”yə inteqrasiya etməklə “OpenAI”a böyük üstünlük verib. Bu, “ChatGPT”ni “iPhone” istifadəçiləri üçün əlçatan edib, rəqib chatbotlar isə arxa planda qalıb. Maskın hazırladığı “Grok” da buna görə görünürlük itirib.

“Apple” isə buna cavab olaraq bildirir ki, “Biz ən yaxşı istifadəçi təcrübəsini təqdim edirik”. “OpenAI” isə bu məhkəməni Maskın şəxsi ambisiyalarının nəticəsi kimi qiymətləndirir. Amma reallıq budur ki, məsələ təkcə Mask və ya “Apple” ilə bağlı deyil. Bu, süni intellektin gələcəyinə aiddir.

Bugün elektrik və ya internet nədirsə, sabah süni intellekt də o olacaq. Hər birimizin həyatının infrastrukturuna çevriləcək. Əgər bu infrastruktur yalnız bir şirkətin əlində olarsa, rəqabət aradan qalxacaq. Seçimlərimiz azalacaq, yeniliklər isə zəifləyəcək.

Məhkəmə işi məhz buna görə önəmlidir. Xatırladaq ki, keçmişdə “Google”, “Apple”a varsayılan axtarış sistemi ola bilmək üçün milyardlarla dollar ödəyirdi. O illərdə necə böyük mübahisələr yaranmışdısa, indi də oxşar dava süni intellekt sahəsində gedir.

Mask bu məhkəməni uda bilərmi? İndidən qəti fikir bildirmək çətindir. Amma bir şey aydındır: bu məhkəmə süni intellekt dövrünün ilk böyük qarşıdurması olacaq. Və nəticəsi təkcə nəhəng şirkətlərin deyil, biz istifadəçilərin də gələcəyinə təsir edəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsveç Ukraynaya görə Afrikadan üz döndərdi

redaktor

Təyyarəmizə atəş əmrini verən rus komandirin adı məlum oldu

redaktor

Mask ABŞ-da yeni siyasi partiyanın yaradılması üçün sorğu açdı

redaktor