20 C
Bakı
12 Oktyabr 2025 19:40
CəmiyyətİqtisadiyyatŞikayət

“Axırıncı dəfə nərə balığını nə zaman və neçəyə almısınız, və ya, heç almısınızmı?” Natiq Cəfərli

Rəsmi məlumat: Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 929.31 ton miqdarında, 1 milyon 576 min 750 ABŞ dolları dəyərində nərə balığı gətirilib. (Çox güman, söhbət qırmızı balıq növlərindən, nərəkimilərdən, “salmon”-dan gedir)

Ən bahalı nərə balığı Niderlanddan alınıb – bu ölkədən alınan nərə balığının bir kiloqramının orta qiyməti 36 manat 55 qəpik olub.

Ən ucuz nərə balığı isə Rusiya və Ukraynadan idxal olunub – Rusiyadan hər kq. 1 manat 96 qəpik, Uktraynadan isə hər kq. 2 manat 2 qəpik təşkil edib.

Həzərat, sizə bir neçə sualım var:

1) Axırıncı dəfə nərə balığını nə zaman və neçəyə almısınız, və ya, heç almısınızmı, dadı-tamı yadınızdadırmı?!

2) Necə olur ki, müharibə edən, torpaqlarə işğal olunan Ukrayna bizə nərə balığı satır, özü də 255 ton, amma biz özümüz, Xəzər ölkəsi, qalib millət, nərə balığına həsrətik?!

3) Yaxşı, Rusiya və Ukraynadan hansı növ nərə balığı gəlir, hara gəlir, harda satılır, 2 manata ölkəyə idxal olunan balıq bazarda neçəyə satılır, kim alır, kim yeyir?!

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Razi Nurullayevdən Serbiyanı dəstəklədiyinə görə onu tənqid edənlərə cavab: “Erməni onlardan yaxşıdır…”

redaktor

Yasamal Polis idarəsində bir ayağı olmayan qaziyə qarşı zor tətbiq edilib.

admin

Vaksinsiz uşaqlar məktəblərə buraxılmasın! – Pediatrdan ÇAĞIRIŞ

redaktor