29 C
Bakı
24 Avqust 2025 10:34
DünyaSiyasət

Putinin gizli nüvə görüşü keçirdi – Nə baş verir?

Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə sənayesinin mərkəzi və ilk sovet atom bombasının “vətəni” olan Sarova səfər edib və burada onun rəsmi cədvəlinə daxil olmayan qapalı iclas keçirib.

Tacxeber.com bildirir ki, bu barədə Rusiya dövlət başçısını müşayiət edən “Kommersant”ın jurnalisti Andrey Kolesnikov məlumat verib.

Kolesnikovun sözlərinə görə, görüşdə Putinin 2018-ci ildə elan etdiyi “Burevestnik” nüvə raketinin sınaqdan keçirilməsi müzakirə olunub. Əsas məsələlərdən biri raketin 2025-ci ildə istifadəyə verilməsi ehtimalı ilə bağlı olub.

Maraqlıdır ki, gizli görüş “Novaya Zemlya”da “Burevestnik”in sınaqlarından bir neçə gün sonra baş tutub. Qərb ölkələrindən birinin kəşfiyyat xidmətindəki mənbə Reuters agentliyinə məlumatı təsdiqləyib.

Pankovo ​​poliqonunda sınağın necə başa çatdığı hələ məlum deyil.

2020-ci ilin yayında ABŞ-ın silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli Moskvanı bu raketin təhlükəli sınaqlarını dayandırmağa çağırıb. Senatda çıxış edən Billinqs bunu “uçan Çernobıl” adlandırıb. Çünki raket uçuş zamanı radiasiya izi saxlaya bilən nüvə yanacağından istifadə edir və mümkün qəza ərazinin ciddi çirklənməsi ilə nəticələnir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Almaniyada on illərdir yetim uşaqlar pedofillərə verilib – ŞOK ARAŞDIRMA

redaktor

Sosial şəbəkələrin sahibi öz uşaqlarının üzünə niyə smaylik qoyub paylaşır?

redaktor

Geomaqnit qasırğası başlayıb, sabah daha da güclənəcək

redaktor