DünyaSiyasət

Erməni şaftalıları Rusiyaya buraxılmır

“Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyan ölkədən kənd təsərrüfatı məhsullarının Yuxarı Lars keçid məntəqəsi vasitəsilə ixracında ciddi problemlərdən danışıb.

Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm daşıyan yüzlərlə erməni yük maşını sərhəd keçidindən geri dönməyə məcburdur.

Deputatın daşıyıcılara istinadən dediyi kimi, buna səbəb guya fitosanitar tələblər olub.

Danielyan qeyd edib ki, vəziyyət fermerlərə və kənd təsərrüfatı istehsalçılarına xeyli ziyan vurur. Onun sözlərinə görə, ilk dəfədir ki, hətta tikinti materialları daşıyan avtomobillər belə çətinliklə üzləşib. Bir çox yük maşını hələ də qeyri-müəyyənlik şəraitində həllini gözləyir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Onlar dünyanı fəth edəcək: Mask robotlarına görün nə öyrədir

redaktor

Araik Arutyunyanın keçmiş sinif yoldaşı: “Dərsi pis oxuyurdu” – Video

redaktor

Tramp: “Səkkiz müharibəni dayandırmışam, doqquzuncuya hazırlaşıram”

redaktor