19 C
Bakı
10 Oktyabr 2025 19:39
DünyaSiyasət

Tramp “TikTok” almaq niyyətində olan ABŞ alıcılarının siyahısının olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətindən “TikTok” sosial şəbəkəsini almaq niyyətində olan amerikalı alıcıların siyahısının olduğunu bildirib.

Bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“Alıcılarımız var. Onu almaq istəyən çox ciddi amerikalı alıcılarımız var. Mən “TikTok” pərəstişkarıyam. Uşaqlarım “TikTok”u sevirlər. Gənclər “TikTok”u sevirlər. Və biz bunu etməyə davam edə bilərik, lakin təhlükəsizlik məsələlərini izləyəcəyik “, – Ağ Ev lideri əlavə edib.

Tramp həmçinin qeyd edib ki, o, hələlik Çin lideri Si Cinpinlə bu barədə danışmayıb, lakin bunu lazımi vaxtda etmək niyyətindədir.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranın sui-qəsd təşkil etdiyi yəhudi iş adamının adı AÇIQLANDI

redaktor

Həbsdə olan Tofiq Yaqublunun sülh sazışınə maraqlı münasibəti

admin

Hindistanın adı dəyişdi: Ölkə G20-də Bharat adı ilə iştirak edir. – Foto

admin