10 C
Bakı
11 Mart 2026 13:13
CəmiyyətHadisə

Zəvvarları aldadan fırıldaqçı tutulub

Azərbaycanda Bakı və ölkənin rayonlarından olan çoxsaylı vətəndaşların Kərbəlaya (İraq) həcc ziyarətini təşkil edəcəyini vəd edərək onların pullarını dələduzluq yolu ilə mənimsəmiş şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Masallı rayon sakini, 43 yaşlı Rasim Şahbazov “Instagram” sosial şəbəkəsində “Risalat Travel” adlı səhifə yaradaraq müqəddəs yerlərə turların elanları yerləşdirib.

O, analoji qaydada vətəndaşların müxtəlif məbləğlərdə pulunu dələduzluq yolu ilə ələ keçirib, lakin verdiyi vədlərə əməl etmədən, sosial şəbəkələrdə zərərçəkənləri bloklayaraq, ünsiyyətini kəsib.

Faktla bağlı Cinayət Məcəlləsinin “Xeyli miqdarda ziyan vurmaqla dələduzluq” maddəsi ilə cinayət işi açılıb.

Şahbazov şübhəli şəxs qismində tutularaq məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə qərar verib.

Hazırda digər zərərçəkənlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

İstintaq Təcridxanasında saxlanılan xanım “AbzasMedia”-çılara zor tətbiq edilib.

admin

Azərbaycanda 21 il əvvəl ölən adamın adına cərimə gəldi – FOTOLAR

redaktor

“MƏN NƏ EDİM, DEYİM ADINA EV OLMASIN?” – Vidadi Zeynalov milyonluq əmlaklardan danışdı

redaktor